Biləsuvar polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı