DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd isitilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı