Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanan şəxslər ətrafında aparılan tədbirlərlə onların törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurladığı da müəyyən edilib.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirlərilə isə onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində “Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı