Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan Avropanın enerji bazarında mühüm dəyişikliklərə başlayır

Image


Aparılan son hesablamalar göstərir ki, cari ildə dünya miqyasında, o cümlədən Avropada təbii qaza tələb artacaq. Buna səbəb qış fəslinin olduqca sərt keçməsi, qaz sərfiyyatının bu fonda artmasıdır. Eyni zamanda, Avropa yeraltı anbarlarındakı qaz ehtiyatlarının miqdarı orta hesabla 38,52 faiz təşkil edir ki, bu da son 5 ilin orta göstəricisindən 5,6 faiz azdır. Avropa qaz nəqli şəbəkəsinə maye qaz terminallarından vurulan qaz həcmi fevral ayında ötən ilin müvafiq dövrünə nisbətən 30 faizədək azdır. Bu səbəbdən boru xətti ilə nəql edilən qaza tələb artır. Bu hal, öz növbəsində, Azərbaycanın Avropa enerji bazarında mövqelərini daha güclü hala gətirir.

Məsələ burasındadır ki, Azərbaycan Avropa üçün hazırda yeganə yeni qaz təchizatçısı qismində çıxış edir. Azərbaycan üzərindən də Avropaya müxtəlif mənbələrdən ötürüləcək qaz həcminin artması gözlənilir. Bu da Azərbaycan vasitəsilə Avropanın enerji bazarında balansın tamam dəyişməsi deməkdir. Türkiyənin “Habertürk” portalı bu xüsusda yazır: “Azərbaycanın təbii qazını Avropaya çatdıran “Cənub Qaz Dəhlizi”nin (CQD) artıq öz təsirini göstərməyə başladığını söyləyə bilərik. Hazırda avropalı istehlakçılar təqribən 1,5 aydır ki, Azərbaycan qazından istifadə edir. Digər qaz qaynaqlarına görə, bazara təklif edilən miqdarın az olmasına rəğmən, çeşidlilik və enerji təklifi təhlükəsizliyi baxımından Xəzərin təbii qazı Avropada ciddi bir qarşılıq görmüş durumdadır.

Məsələn, rus “Qazprom” şirkətinin Almaniyadan sonra 2-ci ixracat bazarı olan İtaliya Azərbaycanın SOCAR şirkətilə birlikdə 2021-ci ildə əlavə olaraq yeni, etibarlı bir tədarükçüyə də qovuşmuş oldu. Beləliklə, İtaliya və Avropa bazarına təbii qazın tədarük edilməsində təhlükəsizlik təmin edilərkən, rəqəmlərdə və gələcəyə yönəlik planlaşdırmalarda hərəkətlənmənin olacağı da rahatlıqla təxmin edilə bilər. Xəzərdə kəşf edilən təbii qaz ehtiyatları və 2020-ci ildəki istehsal səviyyəsi diqqətə alınarsa, Azərbaycan qaz ehtiyatlarının bu şərtlərdə Avropaya 120 il ərzində yetəcəyi bildirilir. TANAP-la Türkiyə üzərindən Avropaya gedən, TAP-la da son istehlakçıya çatan “Cənub Qaz Dəhlizi”nə təqribən 33 milyard dollar investisiya qoyuldu. Hazırda görünən odur ki, başlanğıcda bəzilərinin tənqid etdiyi bu layihə çox yaxşı bir baxış əsasında qərarlaşdırılıb və Avropanın enerji təhlükəsizliyi üçün inancla inşa edilib.

Azərbaycanı Avropanın önəmli qaz tədarükçüsü olan ölkələrdən biri halına gətirən “Cənub Qaz Dəhlizi” eyni zamanda Türkiyə və Avropa üçün təklif və marşrut çeşidliliyi anlamına gəlir. Beləliklə, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təklifi təhlükəsizliyinə və rəqabətin olduğu qaz bazarının formalaşmasına da töhfə verəcək. SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun son hadisələrlə bağlı apardığı dəyərləndirmələr də diqqəti cəlb edir. Nəsirov hazırda Avropaya TAP vasitəsilə ildə yalnız 10 milyard kubmetr qaz verildiyinin altını cızaraq vurğulayır:  “Avropanın ehtiyacı ilə müqayisə edildikdə olduqca az olan bu miqdar həcm etibarilə oyun qaydalarını dəyişdirmir, ancaq tədarükçü çeşidliliyi baxımından oyun qaydalarını dəyişdirir”. Əslində, lap əvvəldən bu layihəyə qarşı çıxanlar, lobbiçilik edənlər məhz oyun qaydalarını dəyişdirəcəyini bildikləri üçün fəaliyyətə keçmişdilər. Ancaq əngəl ola bilmədilər. Azərbaycanın hazırda Avropaya etdiyi qaz tədarükü bu gün kiçik addım kimi görünsə də, gələcək illərdə təxmin edildiyindən böyük olacaq. Məsələn, yanvar ayında TAP vasitəsilə İtaliyaya verilən qaz bu ölkənin ümumi qaz tədarükünün cəmi 3,4%-ini təşkil edib. Ancaq hazırda əsas məsələ pay məsələsi deyil. Azərbaycan qazının TAP vasitəsilə mənzilinə çatması, “Cənub Qaz Dəhlizi”nin təhlükəsiz şəkildə işləməsi hər şeydən önəmlidir. Çünki Xəzərdə hələ çox təbii qaz var. Azərbaycan-Türkmənistan anlaşması əsasında Xəzərdə kəşf edilmiş sahələrin istismar edilməsi, başqa bölgə ölkələrinin qazının da bu xətt vasitəsilə Avropaya göndərilməsi də gündəliyə gələcəkdir. Bir az da səbr edək, gözəl hadisələr olacaq”.

ABŞ-ın “The National Interest” saytı isə məsələyə digər maraqlı prizmadan yanaşır. Sayt qeyd edir ki, hazırda Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi məsələsidir və Avropa enerji istehlakçılarının üzləşdiyi problemlərin həll yollarıdır. Bildirilir ki, təbii qaz vacib enerji mənbəyidir və Avropa İttifaqına üzv dövlətlərin çoxu təbii qaz idxalından asılıdır: “Qeyd etmək lazımdır ki, təbii qaz daha təmiz bir "keçid yanacağı" hesab edilə bilər. Belə ki, təbii qaz kömürdən daha az karbon qazı emissiyası ehtiva edir”. Qeyd olunur ki, enerji keçid dövründə ölkələr təkcə bir neçə enerji mənbəyinə güvənə bilməz, əksinə, onlar enerji təchizatı növlərini və mənbələrini şaxələndirməlidirlər. Vurğulanır ki, bu səbəbdən yaxın gələcəkdə Avropa İttifaqının enerji təchizatında təbii qazın payı “yaşıl enerji” hədəfləri sayəsində daha yüksək olacaq. Bildirilir ki, COVID-19 pandemiyası bir çox sahələrə təsir edib və bir çox layihələrin və iqtisadi təşəbbüslərin dayanmasına baxmayaraq, “Cənub Qaz Dəhlizi” ilə bağlı işlərin sonadək uğurla yekunlaşdırılması əlamətdar hadisədir: “2021-ci ildə Azərbaycan Gürcüstana 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya isə 5 milyard kubmetrdən çox təbii qaz ixrac etməyi planlaşdırır. 2023-cü ilə qədər həm TANAP, həm də TAP tam gücü ilə istifadəyə veriləcək”. Qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” “Transxəzər” boru kəməri ilə Orta Asiyadan, xüsusilə Türkmənistandan gələn digər qaz mənbələri üçün bir pəncərə açır. Dəhlizin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və siyasi iradə sayəsində mümkün olub.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ