Amerika Birləşmiş Ştatları (ABŞ) İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının əks hücum təhlükəsi ilə bağlı dünya dövlətlərinə müraciət edib.
Nurman-xeber.az xəbər verir ki, Dövlət Departamenti İraq və Suriyada təsirli olan İŞİD-ə qarşı hava hücumlarının başlamasından bu yana, terror təşkilatı tərəfindən cavab hücumları risqinin artdığını açıqlayıb. Bununla bağlı ABŞ başda koalisiya ölkələri olmaqla bütün dünya ölkələrinə xəbərdarlıq edib.
Müraciət Türkiyənin suriyalı müxaliflərə təlim və silah dəstəyi verəcəyi ilə bağlı açıqlamalarla eyni günə təsadüf edir.
"İŞİD yaraqlılarına hava hücumları başladığından bəri, təşkilatın ABŞ liderliyindəki koalisiyaya üzv ölkələrə cavab hücumları risqi yüksəldi" deyə bildirilən "Dünya səviyyəsində xəbərdarlıq" başlıqlı açıqlamada daha sonra deyilir: "İŞİD, hava hücumlarına qarşı özlərinə dəstək vermək üçün, dünyanın harasında olursa olsunlar öz tərəfdaşlarını təşkilata dəstək verməyə çağırdı. Xüsusilə Orta Şərq, Şimali Afrika, Avropa və Asiya başda olmaqla bütün dünyada ABŞ-a və koalisiya ölkələrinə qarşı əks hücum ehtimalı böyük ehtimalla artdı".