Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Reklam haqqında” qanuna dəyişikliklər edilib. Sözügedən qanuna dəyişikliklər edilməsi barədə layihə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olub.