Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov tapılıblar. İ.Ədilovun qardaşı Rasim Ədilov APA-ya bildirib ki, ailələrinə onların Ukrayna Milli Qvardiyası tərəfindən tapıldığı və hazırda onların nəzarətində olduqları bildirilib. R.Ədilov qeyd edib ki, azərbaycanlı iş adamlarının hazırda Luqansk vilayətinin Severodonetsk şəhərində olduğu bildirilir: "Həmin şəhərdə gərgin döyüşlər getdiyi üçün mütəmadi əlaqə yarada bilmirik. Amma hər ikisi Ukrayna vətəndaşı olduqlarından, tezliklə onların oradan çıxarılması üçün yerli güc strukturları ilə əlaqə yaratmağa cəhd edirik".