Azərbaycan Prezidenti İlham Əliyev "Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.
APA-nın məlumatına görə, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.