Azərbaycan Prezidenti İlham Əliyev BöyükBritaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü LordRisbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə AzərbaycanlaBöyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadəolunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğuvurğulanıb.