Çinin Honq Konq bölgəsində Pekin rəhbərliyinin 2017-ci ildə keçiriləcəkseçkilərdə namizəd seçimlərinə müdaxilə etməməsini və seçkilərə məhdudiyyətgətirməməsini tələb edən nümayişlər 6 gündür davam edir. Son iki gündə isəetirazçılar rejim tərəfdarı qrupların hücumlarına məruz qalır.
Nurman-xeber.azsaytı xəbər verir ki, Honq Konqun Mon Kok bölgəsində rejim tərəfdarı qruplarnümayişçilərin barikadalarını və çadırlarını dağıtmağa cəhd ediblər.Hadisələrdə 37 nəfər yaralanıb. Nümayişçilər onlara hücum edənlərin böyük birqisminin Mon Kok bölgəsində mütəşəkkil cinayətkar dəstə "Triad” deyilən Çinmafiyasının üzvləri olduğunu bildirir.
Hücumlara görə hökumətlədanışıqlar da ləğv edilib.
Bundanəvvəl nümayişçilər Honq Konq lideri Leung Çun-yingin onlarla görüşməsini və istefasınıtələb etmişdi, əks halda hökumət binalarına girəcəklərini və aksiyaların dahada böyüyəcəyini bildirmişdilər. Honq Konq lideri isə istefa verməyəcəyini ancaqrəhbərliyin nümayişçilərlə danışıqlara hazır olduğunu açıqlamışdı.