Bakıdakı 14 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum Sərdar Əlibəyli adının və şəklinin "vicdan məhbusu” siyahısındançıxarılmasını xahiş edib.
ƏdliyyəNazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilənməlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəylimüəssisə rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinin rəhbərlərinə vəmüxalifət liderlərinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan müxalifətinin liderlərinə
Surəti: KİV rəhbərlərinə
"Azadlıq” qəzetinin redaksiyasına
Songünlər Avropa parlamentinin məlum qətnaməsi və bu ətrafda yaranmış vəziyyətdənçox narahatam. Bu durumla bağlı aşağıdakıları bəyan edirəm.
Yaranmışvəziyyət, məxsusən də dünyanın çağdaş geopolitik durumunda, olduqca təhlükəlixarakter almışdır. Azərbaycan hər an getdikcə artan aqressiv terrorizmin, eləcədə dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələ bilər.
Bu isəbizə ən yaxşı halda Ukraynanın, ən pis halda isə Suriyanın vəziyyətinə düşməyivəd edir. Hətta belə getsə, Azərbaycanın payız səmalarını yağış gətirən qarabuludlardan tez bombalar yağdıracaq düşmən təyyarələrinin tutacağı gün uzaqdadeyil.
Budediklərimi nəzərə alaraq, Azərbaycanın müxalifətini və bütün ictimai-siyasiqüvvələrini milli barışıq yolunda gerçək addımlar atmağa çağırır, müstəqilliyimizinvə dövlətin qorunması yolunda birgə fəaliyyətə səsləyirəm.
Buxüsusda, bütün olub-bitənlərə rəğmən birtərəfli qaydada adımın və şəklimin"vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edir, həbsdə olduğum müddətdəmənə dəstək olmuş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.
Dövlətimizinyaşaması, Azərbaycanın qazandığı uğurların qorunması, əldə etdiyi nailiyyətlərindaha da inkişaf etdirilməsi, o cümlədən, hələ də həllini gözləyən digər məsələlərləyanaşı, millətimizin və dövlətimizin bir nömrəli problemi olan Qarabağsorununun çözülməsi üçün illərdir ki, davam edən düşmənçilik ritorikasından əlçəkib "yurdda sülh, cahanda sülh” amalı ilə barış və əməkdaşlıq ritorikasınakeçməyin vaxtı çoxdan çatıb deyə düşünməkdəyəm.
İmza: Sərdar Əlibəyli
30.09.2014-cü il”.
Qeydedək ki, Sərdar Əlibəyli "P.S Nota" qəzetinin baş redaktoru olub.