Cari ilin iyul-avqust aylarında kəşfiyyat-təxribat qruplarının Azərbaycan Ordusunun mövqelərinə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi onlara vurulan sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Nurman-xeber.az Nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistan mediasında yer alan xəbərlərə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd olunub ki, Ermənistan kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.