Dərbəndin azərbaycanlı icra hakimi Qurban Qurbanov həbs olunub. APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu ilin sentyabrın 16-da Qurban Qurbanova qarşı İstintaq Komitəsinin İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.
İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.