"Bakı Beynəlxalq Humanitar Forumu artıq dördüncü ildir Bakıda keçirilir. Təbii ki, bu forumun ölkəmiz üçün fövqəladə əhəmiyyəti var. Dünyanın 60-dan çox ölkəsinin yüksək səviyyəli şəxsləri ölkəmizə təşrif buyurublar. Forumun açılışında prezident İlham Əliyev geniş çıxış edərək bir sıra vacib məqamlara toxunub. Ölkə başçısı çıxışında, həmçinin forumun əhəmiyyətini hərtərəfli izah edib. Bunun davamı olaraq çalışmalıyıq ki, forum olduqca yüksək səviyyədə öz işini davam etdirsin”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.