Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev Beynəlxalq Humanitar Forumda müharibələrin azaldılmasının əsas prinsipini göstərdi
Tarix: 03.10.2014 / 02:31
Bölmə: Gündəm
Azərbaycan iqtisadi sahəyə böyük diqqət göstərir, çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək o qədər də asan olamayacaq. "Trend"in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır".
Azərbaycan Prezidenti bildirib ki, son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artıb, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb: "Cəmi 10 il ərzində yoxsulluq 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda tamamilə bir faktor kimi aradan götürüləcək. İşsizliklə mübarizə də ilk növbədə humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yerləri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür, indi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir".
Dövlət başçısının sözlərinə görə, bütün bunların təməlində düşünülmüş siyasət dayanır: "Çünki iqtisadi inkişaf çox sürətli idi. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı səviyyədə - 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır".
İlham Əliyevin sözlərinə görə, budcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin edib: "Əlbəttə ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır - bu bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər gətirir, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib - çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər. Neft gəlirlərindən düzgün istifadə edilməsində Azərbaycanda unikal təcrübə toplanmışdır ki, necə biz qara qızılı insan kapitalına çevirək. Artıq biz buna nail olmuşuq. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalara qoyuruq. Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilib. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. İqtisadi sahədə biz öz işimizlə hesab edirəm ki, bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstərir. Bir çox hallarda nəhəng regional layihələrin - enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz - iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir, bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaq".
Prezident qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var: "Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil Azərbaycan 155 ölkənin dəstəyi ilə bu mötəbər təşkilata üzv olmuşdur. Yəni bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə öz dəstəyini göstərmişdir".
Dövlət başçısı hesab edir ki, hər bir ölkə müstəqil xarici siyasət aparsa, dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar: "Hər bir ölkə o biri ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə o biri ölkənin seçiminə də hörmətlə yanaşmalıdır. Beynəlxalq müstəvidə dinlərarası dialoq, humanitar sahə - bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər. Amma biz bir yerdə yığışırıq, müzakirə edirik, çalışırıq yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrıseçkilik, irqçilik artır. Bu tendensiyaları biz görürük və bunu narahatlıqla izləyirik".
Dövlət başçısı bildirib ki, bu günlər ərzində Bakıda bu tendenisiyaların qarşısını almaq üçün görüləcək işlərin müəyyənləşdirilməsinə çalışılacaq: "Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq, amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir. Biz bu təhlükəli tendensiyalara qarşı öz səsimizi ucaltmalıyıq".
İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, bunu ilk növbədə dövlətlər etməlidir, amma eyni zamanda, dövlətlərin siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası müəyyən edir, ictimai rəy müəyyən edir: "Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya bilməz, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, birgə səylərimizlə biz bu məsələləri açmalıyıq, danışmalıyıq, narahatedici məsələlər ətrafında öz fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik".
Prezident qeyd edib ki, Azərbaycan çalışır bölgədə regionla əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin: "Bizim buna imkanımız var. Çünki bizim keçmişimiz imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm bizim keçmişimizdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamışdır, həm bu gün biz, qeyd etdiyim kimi, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq olsun, daha da çox qarşılıqlı anlaşma olsun. Öz rolumuzu bundan sonra da bunda görürük. Müsəlman aləmində gedən xoşagəlməz proseslər bizi çox narahat edir, çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu çox ciddi prosesdir. Buna biz təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, "multikulturalizm iflasa uğrayıb" kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meylli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, bizim hamımızı narahat etməlidir. Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür".
Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə öz müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıb və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün, qeyd etməliyəm ki, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdi. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdü. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdi. Bu gün "Bakı prosesi" yaşayır və inkişaf edir".
Dövlət başçısı bildirib ki, Bakıda sivilizasiyalararası dialoq forumları keçirilib: "Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin zirvə görüşü keçirilmişdi. Bakı Beynəlxalq Humanitar Forumunun da mahiyyəti məhz bundadır. Forumda iştirak edən görkəmli dövlət, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər, əminəm ki, gələcək günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər. Və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik".
İlham Əliyevin fikrincə, sirr deyil ki, bu forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərib.
Azərbaycan Prezidenti deyib ki, ölkəmiz son illərdə humanitar sahədə böyük uğurlara imza atıb. Humanitar sahə Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və investisiyalar bu sahəyə qoyulur. Eyni zamanda, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.
İlham Əliyev qeyd edib ki, təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3000-ə yaxın yeni məktəb tikilib, təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır: "Hesab edirəm ki, yaxın gələcəkdə biz bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət xətti ilə, dövlətin vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir. Onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər".
Dövlət başçısı hesab edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır: "Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sistemimizin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir. Mədəniyyətlə bağlı bizim təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir. Xüsusi proqram icra edilibdir. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir. O cümlədən bizim dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Onların arasında, qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir".
Prezident xatırladıb ki, bu məscid 743-cü ildə tikilib və müsəlman aləmində ən qədim məscidlərdən biridir.
Dövlət başçısı onu da qeyd edib ki, Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir: "O kilsə də bərpa edilib və bu bizim milli sərvətimizdir. Azərbaycanda provaslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən, dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Bu bizim böyük sərvətimizdir və bir də demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq və qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır və bir də demək istəyirəm ki, bu həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Bu istiqamətdə, hesab edirəm ki, biz uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər". "Baxmayaraq ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə biz həmişə böyük diqqət göstərmişik, bizim xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilib: "Bir milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan o soyqırımın qurbanı olmuşdur. Xocalı soyqırımını soyqırım kimi 10-dan çox ölkə rəsmi şəkildə tanıyıbdır".
Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar öz qərar və qətnamələrini qəbul ediblər: "BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. Burada biz böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıb. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər".
İlham Əliyevin sözlərinə görə, bu format və bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin olan soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur. Hər şey dağıdılıb".
Dövlət başçısı bildirib ki, ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları iki dəfə işğal edilmiş torpaqlara ezam olunub. Onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey - bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələr dağıdılıb, muzeylər talan edilib: "Bu, böyük humanitar fəlakət idi.
Azərbaycan tək başına öz gücü hesabına bu humanitar məsələnin həlli üçün, köçkünlərin yerləşdirilməsi üçün, onları işlə təmin etmək üçün böyük işlər görüb. Hələ ki, bu işlər davam edir, çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır".
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
- VİDEO
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ