Bazar günü günü, 08 noyabr 2026
     

Baş Prokurorluqda peşə bayramı işgüzar müzakirələrlə keçdi

Image


Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü - növbəti peşə bayramını təntənəli şəkildə qeyd edib. Bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər Prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Prokurorluq işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya çıxan aktual problemlərlə bağlı elmi-praktiki konfrans keçirilib.
Konfransda ölkəmizdə səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki Limanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransı açan Baş prokuror Zakir Qaralov prokurorluq işçilərinin peşə bayramı gününü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini vurğulayıb. Əvvəllər adi bir iş günü kimi yaşadığımız 1 oktyabr tarixi ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamından sonra bizlər üçün gözəl bir bayram gününə çevrilib.
Baş prokuror ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqının təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, digər dövlət təsisatları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir, demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində cəmiyyətdə statusuna uyğun yerini tutduğunu vurğulayıb.
Diqqətə çatdırılıb ki, ulu öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası, digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
Baş prokuror bildirib ki, ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində həyata keçirilən mütərəqqi islahatlar, əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında bir dövlət qurumu kimi mühüm vəzifələr qoyub. Prezident İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər intensivliklə davam etdirilir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 624 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 58 faizini təşkil etməsi, sentyabrın 30-da növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 71 gənc mütəxəssisin andiçmə mərasiminin keçirilməsi və onların prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcək.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi onun prokurorluğun fəaliyyəti ilə bağlı müəyyən etdiyi standartları həyata keçirmək üçün yeni imkanlar yaradıb. Dövlətimizin başçısı tərəfindən göstərilən böyük etimadın təzahürü olan bu mühüm sənəd prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirən proqram kimi hazırda da əhəmiyyətli rol oynayır, planlaşdırılan bütün islahat tədbirlərimizin fundamental əsasını təşkil edir.
Diqqətə çatdırılıb ki, ötən müddətdə prokurorluq digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Prokurorluğun hüquq-mühafizə orqanları ilə düzgün qurduğu qarşılıqlı əlaqə kriminogen duruma səmərəli nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib. Birgə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.
Baş prokuror deyib ki, bölgələr üzrə müşavirələr keçirilməklə, kriminogen durumun sabitləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, separatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, mütəşəkkil cinayətkarlıq, habelə digər təhlükəli təzahürlərin qarşısının alınması və aradan qaldırılması üçün prokurorluq orqanlarının səlahiyyət hədləri daxilində zəruri tədbirlər həyata keçirilməlidir.
Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkədə korrupsiya cinayətlərinə qarşı sistemli mübarizə gücləndirilib. İxtisaslaşdırılmış prokurorluq orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin normal fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, əməkdaşların sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər islahat tədbirləri bu qurumun işinin daha da təkmilləşdirilməsinə gətirib çıxarıb. İşini ictimai nəzarət altında və aşkarlıq şəraitində quran Baş İdarə Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, korrupsiya hallarına qarşı bundan sonra da kəsərli mübarizə aparacaq.
Qeyd edilib ki, bu sahədə işin səmərəliliyinin daha da artırılması məqsədilə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünün qarşısının alınması və onu doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, cinayət işlərinin istintaqının keyfiyyətinin artırılması, əməliyyat-axtarış fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühitinin yaxşılaşdırılması və görülmüş işlər barədə geniş ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin olunmalıdır.
Müasir dövrün ən aktual məsələlərindən birinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi olduğunu vurğulayan Baş prokuror ötən müddətdə prokurorluq orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldiyini, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırıldığını bildirib.
Diqqətə çatdırılıb ki, dövlətin həyata keçirdiyi sosial yönlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır, müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının fəaliyyətində yol verilən nöqsanlardan da danışaraq bu çatışmazlıqların tezliklə aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarını verib.
Sonra Baş prokurorun birinci müavini Rüstəm Usubov "Cinayətkarlığa qarşı mübarizə və ibtidai istintaqın aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi çərçivəsində prioritetlərə nail olunmasının əsas istiqamətləri" mövzusunda çıxış edib. R.Usubov çıxışında bu sahədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin cinayət işlərinin, xüsusilə ağır cinayətlərlə bağlı işlərin aparılmasında müsbət dəyişikliklərin əldə olunması ilə nəticələndiyini diqqətə çatdırıb.
Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev "Hərbi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsinin təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər" mövzusunda çıxışında görülmüş tədbirlər sayəsində əvvəlki dövrdə qeydə alınan cinayətlərin sayında azalmanın müşahidə edildiyini diqqətə çatdırıb. X.Vəliyev istintaqın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə kriminalistika şöbəsinin fəaliyyətinin genişləndirildiyini vurğulayıb.
"Yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların qiymətləndirmə meyarlarının müəyyən edilməsi, kadrların rotasiya siyasəti və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr" mövzusunda çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov deyib ki, 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində keçirilmiş 13 müsabiqə nəticəsində prokurorluq orqanlarına 627 gənc hüquqşünas işə qəbul edilib ki, bu da ümumi əməkdaşların 58 faizini təşkil edir. Diqqətə çatdırılıb ki, İKT-nin tətbiqi istiqamətində Baş Prokurorluqda geniş tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev "Korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq təşəbbüslər" mövzusunda çıxış edərək bildirib ki, 2003-cü ildən ötən dövrdə Azərbaycan nəinki korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub, həmin konvensiyaların müddəalarını öz qanunvericiliyinə implementasiya edib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müasir qanunvericilik bazasının yaradıldığını vurğulayan K.Əliyev bu sahədə yaradılan mükəmməl ixtisaslaşmış qurumların, xüsusən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin digər ölkələrə nümunə kimi qiymətləndirildiyini bildirib.
Sonra Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.
Konfransa yekun vuran Z.Qaralov həmişə dövlətçilik ideyalarına sədaqəti ilə seçilən və fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən prokurorluğun kollektivinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və mütərəqqi islahatların reallaşdırılması istiqamətində səylərini artıracağına, ölkədə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin, milli maraqların hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı barışmaz mübarizə və insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün mümkün tədbirlərin görülməsini təmin edəcəyinə əminliyimi bildirib.
Konfransın yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Sonda Türkiyə Ali Hərbi Məhkəməsinin nümayəndə heyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan şəraitlə tanış olub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ