çərşənbə axşamı günü, 30 iyun 2026
     

Baş Prokurorluğun yeni media çağırışlarına uyğun bəzi qanunvericilik təklifləri açıqlandı

Image


"Bu gün bəzi dırnaqarası hüquq müdafiəçiləri dövlətimizin suverenliyi və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə ittiham olunan şəxslərin "hüquqlarını" müdafiə etmək məqsədi ilə müxtəlif təşkilatlar yaradaraq onların qanunazidd əməllərinə bəraət qazandırmağa cəhd göstərirlər". Bunu "Trend"in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Azərbaycanın hərbi sahədə sirlərinin yayılması faktları ilə əlaqədar ötən aylarda respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri barədə qısa məlumat verən mətbuat xidmətinin rəhbəri bildirib ki, əvvəlki dövrlərin statistikasının təhlili, eyni zamanda, cinayət işlərinin istintaqı göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin "xalq diplomatiyası" adı altında həyata keçirdiyi səfərlər, görüşlər zamanı hərbi və digər dövlət sirləri Ermənistanın xüsusi xidmət orqanlarına ötürülməklə onların maraqlarına xidmət edib:
"Aparılmış istintaqla müəyyən edilmişdir ki, hüquqi qeydiyyatdan keçməyən qurumun sədri Leyla Yunusova və əri Arif Yunusov hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb edərək, ölkəmizə qarşı istifadə məqsədilə hərbi vəziyyət barədə məlumatlar toplanmasına dair onlara konkret tapşırıqlar veriblər. Bunun nəticəsində Leyla və Arif Yunusovlar "Zerkalo" qəzetinin müxbiri Rauf Mirqədirov tərəfindən hərbi hissələrin və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar".
Onun sözlərinə görə, Rauf Mirqədirovun erməni aviaşirkətləri vasitəsilə alınmış biletlərlə 6 dəfə Ermənistanda olması onun səfərlərinin məhz düşmən ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edidiyini bir daha təsdiqləyir: "Göründüyü kimi, həmin şəxslərin ictimai fikri çaşdırmağa hesablanmış və Azərbaycan torpaqlarının işğalı vəziyyətində "xalq diplomatiyası" adı altında vətəndaş cəmiyyətləri arasında münasibətləri "yaxşılaşdırmaq" cəhdinin arxasında mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideyalar durması artıq hər kəsə məlumdur. Bu da, öz növbəsində, onların törətdiyi əməlin yüksək ictimai təhlükəliliyini bir daha sübut edir".
E.Sultanov əminliklə bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi bundan sonra da digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcək.
Azərbaycanda dövlət sirrinə aid edilən məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır. Həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Bunu "Trend"in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət sirrinin qorunması ilə bağlı münasibətlər "Dövlət sirri haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir.
E.Sultanov qeyd edib ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirlərin yayılmasının və bu sahədə kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyinin təsbit olunmasına baxmayaraq, son vaxtlar cəbhə bölgələrində erməni təxribat qruplarının pozuculuq fəaliyyətinin intensivləşdiyi bir vaxtda Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusu və ölkənin hərbi təhlükəsizliyinə aid edilən məlumatların yayılması hallarına tez-tez rast gəlinir ki, bu da cəmiyyət və insanlar arasında ciddi çaşqınlıq və narahatlıq yaradır. Azərbaycan dövlətinin KİV-ə, azad söz və mətbuata göstərdiyi hərtərəfli diqqət və qayğının fonunda belə hərəkətlər qəti yolverilməzdir: "Ona görə də hesab edirik ki, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür halların qarşısını almaq və həmin əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsini müəyyən etmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə ciddi zərurət yaranıb.
Düzdür, açıqlanması qanunla qadağan edilən məlumatları ictimailəşdirməklə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Lakin bu qanunazidd əməllərin dövlətimizin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi, müdafiə qüdrətinin əsaslarına vura biləcəyi zərərlə müqayisədə həmin normanın sanksiyasında nəzərdə tutulan inzibati tənbehin təsir mexanizmi faktiki olaraq yox dərəcəsindədir. Ona görə də bu qanunazidd əməllər kriminallaşdırılmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də qeyd edilən əməlləri törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutan norma müəyyən edilməlidir. Lakin bu cür əməllərin kriminallaşdırılması obyektiv amillərə söykəndiyindən, yəni Ermənistan kimi təcavüzkar bir dövlətlə faktiki müharibə şəraitində olduğumuzdan heç bir halda fikir, söz, mətbuat və məlumat azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir".
E.Sultanov bildirib ki, Baş Prokurorluq bununla bağlı Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edəcək: "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanır və həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Hesab edirik ki, hərbi sahədə dövlət sirrinə aid edilən məlumatların qüvvədə olan siyahısına yenidən baxılaraq həmin siyahının günün reallıqları nəzərə alınmaqla daha da genişləndirilməsi, istifadə olunan bəzi anlayışların mahiyyətinin dəqiqləşdirilməsi və dövlət sirri təşkil edən siyahılar və məlumatların izahı ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və əhali arasında mütəmadi olaraq maarifləndirici profilaktik tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq olardı".
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniya silahlı atışma - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

29.06.2026 / 16:54
İran Qətərlə razılaşdı – dondurulmuş 12 milyardın yarısı ölkəyə qaytarılır...

29.06.2026 / 16:47
Kılıçdaroğlu Kadir İnanırın dəfn törənində fitə basıldı

29.06.2026 / 16:31
Şahin Mustafayev: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir

29.06.2026 / 16:27
Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

29.06.2026 / 16:20
Keçmiş İsrail naziri maraqlı detallara toxundu…

29.06.2026 / 16:08
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd etdi

29.06.2026 / 15:45
Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

29.06.2026 / 15:32
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Nazirdən qərar...

29.06.2026 / 15:08
Hunday və KİA-nın mühərrikləri "ən etibarsızlar" kimi tanındı...

29.06.2026 / 15:04
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

29.06.2026 / 15:02
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

29.06.2026 / 14:58
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

29.06.2026 / 14:43
Zelenski Rusiyaya qarşı 40 günlük "təsir əməliyyatına" başladı...

29.06.2026 / 14:35
"Demokratiya TV"nin rəhbəri həbs edildi

29.06.2026 / 14:26
Putin Lukaşenkonu Ukrayna ilə müharibəyə təhrik edir...

29.06.2026 / 14:10
Ermənistan Rusiyaya qarşı "NATO-nun hücum qoçu"na çevrilir...

29.06.2026 / 14:02
Ərdoğan Trampın qəribə açıqlamasını cavabsız buraxdı - niyə?

29.06.2026 / 13:45
İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

29.06.2026 / 13:41
Belarus Rusiya-Ukrayna savaşına qoşulur…

29.06.2026 / 13:35
Türkiyə İsrailin "erməni soyqırımı" iddiasını "öz cinayətlərini ört-basdır cəhdi" adlandırdı...

29.06.2026 / 12:53
Sükan arxasında telefondan istifadə edən 11 mindən çox sürücü cərimələnib...

29.06.2026 / 12:36
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı oldu - YENİLƏNDİ

29.06.2026 / 12:20
Narkotik təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi

29.06.2026 / 11:57
Rusiyada çevriliş cəhdi... Putinə meydan oxuyan əsgər saxlandı – “ordu silahını Kremlə doğru çevirəcək”...

29.06.2026 / 11:35
Saatlıda narkotik əməliyyatı - saxlanılalar var

29.06.2026 / 11:19
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək

29.06.2026 / 11:12
Buğdanın tədarük qiyməti ilə bağlı hökümətdən QƏRAR

29.06.2026 / 10:57
İran Körfəz öıkələrinə yeni təhlükəsizlik sxemi təklif edəcək...

29.06.2026 / 10:56
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar və psixoz uşaqların sayını artırır”

29.06.2026 / 10:55
Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

29.06.2026 / 10:51
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur" - Prezident

29.06.2026 / 10:48
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanladı

29.06.2026 / 10:37
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO

29.06.2026 / 10:20
Zelenski "Avropa ordeni" təsis etdi - bu adda orden Avropanın özündə də yoxdur…

29.06.2026 / 10:11
XİN İsraili “erməni soyqırımı” qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026 / 10:05
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir

29.06.2026 / 09:20
ABŞ - İran danışıqları sabah Qətərdə yenidən başlanacaq

28.06.2026 / 23:16
Avropada istilərdən ölənlərin sayı 1300-ü keçdi – ÜST-dən "səssiz qatil" xəbərdarlığı...

28.06.2026 / 22:59
Ukrayna Rusiyanın neft sənayesini çökdürdü - Putin rəsmən etiraf etdi...

28.06.2026 / 22:47
Fransada temperatur tarixi rekord həddində - Ölüm statistikası dəhşət saçır…

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ