Bazar günü günü, 08 noyabr 2026
     

Səudiyyə Ərəbistanının sökmək istədiyi Peyğəmbər məscidi azərbaycanlılar üçün də müqəddəsdir

Image


Bu günlərdə İngiltərədə nəşr olunan "İndependent" qəzeti İslam aləmini şoka salan məqaləsini çap edib. Qəzet yazır ki, Səudiyyə Ərəbistanı İslam Peyğəmbərinin qəbrini dağıdacaq.
Məhəmməd(ə) peyğəmbərin nəşindən nə qalıbsa, onu anonim qəbirdə yenidən Dəfn edəcəklər. Məqalədə həmçinin qeyd edilir ki, Səudiyyənin Vəhhabi iqtidarı bu yerdəyişməni bütpərəstliyi aradan qaldırmaq məqsədilə edir.
Söhbət Mədinədə yerləşən Peyğəmbər məscidindən (Məscidin-Nəbəvi) gedir. Burada eyni vaxtda 650 min müsəlmanın ibadət etməsi üçün hər cür şərait var. 632-ci ildə vəfat edən Peyğəmbər(ə) və ondan sonra dünyasını dəyişən Əbu Bəkr (634-ci il); Ömər (644-ci il) də bu məsciddə dəfn edilib.
Mədinə (Əl-Mədinə) Ərəbistanın məşhur şəhəridir. Hicrətdən-622-ci ildən son nəfəsinə qədər Peyğəmbər(ə) bu şəhərdə yaşayıb. İlk xəlifələr dövründə bu şəhər ərəb dövlətinin mərkəzi olub. Şəhərin ərəbcə adı Yasribdir. Buna müqabil əl-Mədinə "şəhər" mənasını verir. Mədinə müqəddəs xatirələrlə, Peyğəmbər(ə)-nin məzarı ilə, təbii ki, adi şəhər deyil. Peyğəmbər(ə)-nin siması müsəlmanların zehnində nə qədər müqəddəcdirsə, şəhərin müqəddəsliyi də bir o qədər qüvvətlidir. Peyğəmbər məscidi əvvəllər Aişənin yaşadığı evin olduğu yerdə tikilib. Peyğəmbər(ə) də elə həmin evdə, yatağının olduğu yerdə dəfn edilib. Həcc ziyarətinə gələn zəvvarlar bu məsciddə yerləşən Peyğəmbər(ə) məzarını da ziyarət edirlər.
Həz.Peyğəmbər buyurub ki, qəbrimi ziyarət edənlər məni sevindirər, özləri isə savab qazanarlar.
1804-ci ildə Vəhhabilər Mədinəni zəbt edərkən xəzinələri qarət etdilər. Peyğəmbər(ə)-nin məzarını ziyarət qadağan edildi. Vəhhabilər türbənin qübbəsini yıxa bilməsələr də, qiymətli daş-qaş xəzinələrini, dindarların hədiyyələrini talan etdilər. Osmanlıların Misir valisi Məhəmməd Əlinin oğlu Tosun Mədinəni yalnız 1813-cü ildə geri almağa müvəffəq oldu. 1924-ci ildən Məkkə və Mədinə şəhərləri Səudiyyə Ərəbistanının tərkibindədir. Türbə və məscidləri sökdüklərinə görə vəhhabilərə "Məscid sökənlər" adı da verilib. Onlar Məkkəni ələ keçirəndə Mədinədə Peyğəmbər(ə)-nin qəbri üzərindəki süslü bəzəkləri, maddi və tarixi qiyməti olan əşyaları götürdülər. Peyğəmbər(ə)-nin arvadı Xədicənin türbəsini, Peyğəmbər(ə) və Əbu Bəkrin doğulduğu evlərin qübbələrini, Mədinənin məşhur Baqi qəbiristanındakı səhabələrin məzar qübbələrini söküb onların daşı ilə qala tikdilər. Məkkədə Kəbədən və Məqami-İbrahimdən başqa nə qədər qübbə və ziyarət yeri var idisə, hamısını sökdülər. Vəhhabilər XIX əsrin əvvəllərində məhərrəm ayının 10-da - Aşurada Kərbəlada 2 mindən çox müsəlmanı - şiələri qılıncdan keçiriblər. İmam Hüseynin türbəsində olan qızıl və gümüş şeyləri 200 dəvəyə yükləyib özləri ilə aparıblar. 1803-cü ildə Məkkəni alan vəhhabilər Peyğəmbər(ə), Əbu Bəkr, Ömər, Əli və Fatimənin doğulduqları evləri söküblər.
Qeyd edildiyi kimi, Peyğəmbər(ə)-nin məzarını ziyarət etmək sünnətdir, yəni bu ziyarətin bəyənilməsini Peyğəmbər(ə) özü buyurub. Elə isə onun nəşinin anonim(!) bir yerdə dəfn edilməsi məqsədi nəyə və kimə xidmət edir? Səudiyyə iqtidarının (vəhhabilər) Peyğəmbər məscidini sökməsi onsuz da pərən-pərən edilən İslam dünyasının qarşıdurmasını, müsəlman qırğınını daha da alovlandırar. Və nəticə ağlagəlməz də ola bilər. "Müjdə"nin "İndependent" qəzetində çap olunması vaxtilə vəhhabilərə hər cür dəstək verən ingilis barmağından xəbər vermirmi?
Belə həssas anda müsəlman dövlətləri bir araya gəlməli, məsələnin mahiyyətini və çıxış yollarını dəyirmi masalarda, konsensusda axtarmalıdırlar. Təkcə İslam aləmi üçün yox, bütövlükdə çox kövrək dünya üçün ağlagəlməz faciələrlə müşahidə oluna bilən bu iş soyuq baş, siyasi iradə, Quran hikməti və "qəbrimi ziyarət edənlərə çoxlu savab var" Peyğəmbər(ə) kəlamı işığında təcili müzakirə edilməlidir. Müsəlman ölkələrində siyasi devrilişləri planlaşdıran xristian ideoloqlarına 100 milyardlarla maddi dəstək verən Səudiyyə Ərəbistanının vəhhabi iqtidarına imkan vermək olmaz ki, o, 1,5 milyard müsəlmanı müqəddəs ziyarətdən məhrum etsin. Vəhhabi iqtidarına başa salmaq lazımdır ki, Peyğəmbər(ə) nəşinin anonim yerdə dəfn edilməsi təşəbbüsü məxsusi Səudiyyə dövlətinə aid olan iş deyil.

Vaqif CƏLİLOĞLU
P.S. hörmətli şeyxüslam Hacı Allahşükür Paşazadədən xahişimiz odur ki, ingilis "muştuluğunun" nə dərəcədə səhih, doğru olmasını aydınlaşdırıb cəmiyyətə çatdırsın. Zira bu "muştuluq"dan yararlanıb tolerantlığımıza kölgə sala biləcək insanlar yox da deyil.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ