Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Mədəniyyətimizdə nəzakət anlayışı
Tarix: 03.09.2014 / 11:27
Bölmə: Gündəm
Nəzakət bir insanlıq sənətidir. Dönüb geriyə - mədəniyyət tariximizə baxsaq, millətimizin nə qədər qədim, humanist, xeyirsevər, nəzakətli bir mədəniyyətə, ənənəyə sahib olduğunu görər, dərk edərik. Bu estetik mədəniyyət, insanpərvərlik millət və toplum olaraq zaman-zaman könül dünyamızı və ictimai həyatımızı təmsil edib, içimizdə, ruhumuzda gözəllik, sevgi yaradıb.
Bizi əsl millət edən bu qiymətli dəyərlərimizi öyrəndikcə, tanıdıqca kökümüzlə, genetik yaddaşımızdakı böyüklüyümüzlə qürur duyur, içimizdə sabahlarımıza ümid yaranır. Mən sizə millətimizin bu yüksək mədəniyyətini ifadə edən üç örnəkdən söz açacam. Bu örnəkləri könül və vicdan süzgəcimizdən keçirdikdən sonra daha dərindən öyrənməyə, dərk etməyə vadar olacaq, hüzur aləminin dərinliklərinə vardığınızı hiss edəcəksiniz. İnsan bu örnəkləri oxuduqca, öyrəndikcə, kapitalizmin haram-halal gözləmədən, yalnız qazanma hərisliyi ilə insanlığa nə qədər ziyan vurduğunun, ən qiymətli dəyərlərimizi necə kirlətdiyinin şahidi olur. Bu gün gözü dönmüşcəsinə, haqq-hüquq, insanlıq bilmədən bir-birini, sonunda insanlığı boğazlayan, vicdanını və mərhəmətini itirmişlər dünyanı xarabaya döndərmişlər.Yeganə xilas yolu isə mədəniyyətdir, əsrlərin sınağından çıxaraq genetik yaddaşımıza köçmüş türk mədəniyyəti.
Birinci örnək: Fatih Sultan Mehmet Xan
İstanbulu fəth etməyə qərar verən 21 yaşlı Fatih Sultan Mehmet Xan həm xalqın nəbzini və əhval-ruhiyyəsini öyrənmək, həm də imtahan etmək məqsədilə təğyiri-libas olub günün ən erkən saatlarında Ədirnə bazarına çıxır. Bazarın ən ucqarındaki bir dükana girib bazarlıq edir. Çıxmaq istərkən bir də geriyə dönüb başqa bir malın qiymətini soruşur. Dükan sahibi bu dəfə ona mal satmaqdan imtina edir: "Mən sənə satış yaparaq sabah siftəmi etdim, kisənə bərəkət, başqa alacağınız varsa qonşu dükandan alın, çünki o hələ siftə etməyib" deyir və Xana mal satmır. Sultan bir söz demədən qonşu dükana gedir. İkinci dükançı da eyni tövrü göstərir, Sultan ikinci dəfə onunla bazarlıq etmək istəyəndə: "Mən sənə mal sataraq siftəmi etdim, başqa alacağın varsa qonşu dükandan al, çünki o hələ siftə etməyib" deyir. Beləcə Sultan bütün bazarı gəzir və tüccarlardan, dükan sahiblərindən eyni münasibəti görür. Gənc Sultan Mehmet Xan saraya dönərək səcdəyə qapanır, üzünü Allaha tutaraq: "Ya rəbbim, Sənə həmd olsun, mənə belə bir-birini düşünən, əsirgəyən insanlardan ibarət bütöv millət nəsib etdin. Mən bu əsil millətlə Bizansı deyil, dünyanı fəth edərəm" deyir.
İkinci örnək: "Sədəqə Daşları"
"Sədəqə Daşları" Türkiyədə insanlar arasında fəzilət abidələri kimi dəyərləndirilir. İstanbulda 173 yerdə örnəkləri var. (Prof. Ziya Kazıcı, "Osmanlıda Hayır Müesseseleri ve Sadaka Taşları" məqaləsindən) Fərqli şəkillərdə olmaqla, əsasən bəyaz rəngli, silindr formalı, antik mərmər sütunlardan ibarətdir. 120-130 sm hündürlükdədir. Günümüzə çox azı yetişən "Sədəqə Daşları" Üsküdar İmrahorda olduğu kimi ən çox təkkə, məscid, ziyarətgah, mədrəsə və məzarlıq yerlərinə yaxın ərazilərdə yaradılmışdır. Həzrəti peyğəmbərimiz (s.a.v.) bir hədisi-şərifində buyurur: "Yeddi zümrə vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları öz arşınının kölgəsində qoruyub saxlayır. Bu yeddi zümrə insanlardan biri də sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayanlardır (Bahari-Müslim).
Qurani-Kərimin "Əl-bəqərə" Surəsinin 264-cü ayəsində buyurulur: "Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın". Belə şəxslərin halı üzündə bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərindən bir savab qazanmazlar". Əsil əcdadlarımız da tam bu ayə və hədisin ruhuna uyğun şəkildə, iffət və şəxsiyyətlərini, həyalarını gözləyərək ehtiyaclarını söyləməyən, əksinə gizlədən insanlara müqəddəs kitabımızın buyurduğu kimi yardım etmişlər. Nə dil bilmişdir, nə dodaq, nə əl bilmişdir, nə ayaq. Bu yolla verən əl təkəbbürdən və riyakarlıqdan, özünü xalqa göstəriş yapmaqdan uzaq olmuş, etdiklərini kimsə bilməmişdir. Bu əməlisaleh insanlar gücləri yetdiyi yardımı heç kimsə bilmədən gecə vaxtı "Sədəqə Daşaları"nın yanına qoyar, həmən də oradan uzaqlaşardılar. Ehtiyacı olan insanlar da kimsənin görmədiyi bir vaxtda daşaların yanına gələr, heç acgözlük etmədən ailəsinə yetəcək bir miqdarda yardım götürər, qalanına toxunmazdılar. Buraya pul qoymaq istəyənlər əsasən axşam namazından sonra gələr, uyğun bir yerə pul qoyar, dərhal oradan uzaqlaşardılar. Yatsı namazından sonra da kasıblar, ehtiyaclı insanlar gələr, ehtiyacları qədər götürər, gecənin qaranlığında yox olardılar. Beləliklə, bir insan sədəqə verməklə xeyirxahlıq edir, amma kimə xeyirxahlıq etdiyini bilmir. O sədəqədən yararlanan insanlar da kimsənin qarşısında əzilib-sıxılmır, qürurları zədələnmir.
XVII əsrdə İstanbulu anladan bir fransız səyyah "Sədəqə Daşları"na bir həftə kimsənin uğramadığını yazır. Onun qənaətinə görə, XVI və XVII əsrlər türkün inkişaf, tərəqqi dövrü olmuşdur. "Sədəqə Daşları" üzərində önəmli çalışmaları olan Nidayi Sevim Balkanlardan Orta Asiyaya qədər bütün türk coğrafiyasında bu daşlara rast gəldiyini yazmışdır. Türkmənistan ile Üsküp gibi (Üsküb-Makedoniyanın paytaxtı, əski Osmanlı torpaqları) iki-uç coğrafiyada sədəqə daşlarının oluğu bildirilir. (Medeniyetimizdə Toplumsal Dayanışma ve "Sadaka Taşları"). "Sədəqə Daşları" türk-islam mədəniyyətinin zərafət, xeyixahlıq dolu bir ənənəsi olaraq bütün Anadolu və Balkanlarda yayılmışdır. Anadoluda "Hacət yeri" və ya "Xeyrat dəliyi" də adlandırılmışdır. İstanbula yolu düşənlər Üsküdar meydanındakı Doğancılar yoxuşu önündən keçərkən sadə bir sədəqə daşını görə bilərlər. Üsküdar Bələdiyyəsinin zəhməti nəticəsində bir az gözə görünən hala gətirilmişdir. Belə bir mükəmməl tarixi və keçmişi olan millətin vətəndaşı: "Allahım, islamın yardımlaşma təlqini, mütəvazi türk mədəniyyətini necə gözəl, mükəmməl və estetik yaratmışlar!"deyə düşünməyə bilmir.
Utanc və iffətindən, qürurundan imkansızlığını, ehtiyacını kimsəyə açmayan insanların qürurunu, şəxsiyyətini zədələmədən onlarla yardımlaşmaq yöntəmləri dünyanın heç bir mədəniyyətində bu qədər etik və nəzakətli olmamışdır. Xüsusən də kapitalizmin canavar kimi parçalamağa qalxdığı müasir dünyada. İndi yardımlaşmaq əvəzinə imkansız insanlar modern bank tələsinə salınır. Belə bir zamanda "Sədəqə Daşları"nın dəyərini anlayıb idrak etdikcə nə qədər böyük humanizmə və mədəniyyətə sahib olduğumuzu görürük. Türk mədəniyyəti anlayışında insanın bir-birinin üzünə gülməsi belə sədəqədir, estetik mədəniyyətdir. Alanı ilə verəni gecənin qaranlığında örtən, qururlanmağa, təşəxxüs göstərməyə, öyünməyə fürsət verməyən, müsaidə etməyən, acizin, imkansızın qürurunu, heysiyyətini zədələməyən bir mədəniyyətə sahib millətik biz.
Üçüncü örnək: Borc dəftəri
Zimən Dəftəri deyilib adına. Məhəllə insanlarının borc, dükançının hesab dərtəridir. Zəngin insanlar, xüsusilə Ramazan ayında qiyafətlərini dəyişdirir, tanımadıqları məhəllənin baqqalının tək olduğu zamanda dükanına gedər, zimən-borc dəfdərin varmı deyə sorardılar. Dükancı borc dəftərini gələn şəxsə göstərir. O, borcların toplam hesabını istəyir dükançıdan. Bütün hesabı bildikdən sonra varlı kimliyini bəlli etmədən bütün borcları ödəyər və sakitcə çıxıb gedər. O, kimlərin borcunu ödədiyini bilməz, borcu ödənmiş insanlar da bunun kim tərəfindən edildiyini nə görər, nə bilər. Bu cür böyük ürəkli, xeyirsevər insanlar heç bir qarşılıq gözləmədən edər bu yardımlaşmanı, Allah rızasıyla, riyasız, nümayişsiz, xəlvətcə, ya gecənin qaranlığında, ya da əl-ayağın ortadan yığışdığı sakit bir vaxtda. Sırf Allahın rizasını qazanmaq üçün soydaşlarının sıxıntısına son verər və öz-özünə etdiyi yaxşılığın qürurunu yaşayar. Mədəniyyətimizdə buna uyğun çox misallar çəkmək olar. Bu keyfiyyətlər insana Allaha yaxınlaşmanın sevincini yaşadır. Yardımlaşma nəticəsində varlı ilə kasıb arasında sağlam bir körpü qurulur, maddi məsələlərlə bağlı insanlar arasında yaranmış uçurumlar qaldırılmış olur.
Yardımlaşma, xeyirxahlıq edilən zaman yüksək tavır və üslublar çox önəmlidir. Yanlış davranış qarşındakı insanın heysiyyətini, qürurunu sındırmış ola bilər. Belə hərəkət edərsə etdiyi yaxşılığın heç bir nəticəsi olmaz. Verən əlin alan əldən üstün olduğunu buyuran peyğəmbərimiz, eyni zamanda sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır buyurmuşdur. Belə bir mədəniyyətin, nəzakət qaydalarının, estetikin olduğu şəhərdə, kənddə, qəsəbədə oğurluq, haqsızlıq, pis əməllər də son dərəcə az olur.
Düşünməyə dəyər örnəklərdir, təfəkkürümüzlə bu mədəniyyətin dəyərini dərk edə bilsək görərik ki, bizə qalan göylərə qaldırdığımız göydələnlər, pullar-paralar deyil, insanlığımız, nəzakətimiz, böyük mədəniyyətimizdir. Ey göydələn tikən qardaş, nə qədər yüksək tiksən də göyə yüksələ bilməyəcəksən. Əgər küçədə zibil qutusunda çörək axtaran bir ehtiyaclı insanı görmürsənsə, bu göydələnlərin heç biri səni xilas etməyəcək. Ətrafındaki çarəzsiz insanları görə bilmirsənsə, qazanclı deyil, zərərli çıxacaqsan. Yetimin saçlarını sığallamağı bacarmırsansa, ehtiyaclarına yardım edə bilmirsənsə, nə qədər imkanlı olursan ol, xeyri yoxdur. Hərisliyin sonu peşmançılıqdır.
Dünyasına dünyasına,
Aldırma dünyasına.
Dünya benim diyenin,
Gittik dün yasına.
Ve ya Yunusvari dile gelelim;
Nehirler aktı geçti,
Kurudu vakti geçti,
Nice han nice sultan,
Tahtı bıraktı, geçti.
Şu dünya penceredir,
Her gelen baktı, geçti...
Vicdanımızı hesaba çəkmə zamanıdır. Yuxarıda təqdim etdiyimiz üç gözəl örnəyi diqqətlə oxuyub ətrafımıza baxmağı bacarmalıyıq. Çarəsizlik içərisində inləyənləri görməliyik, bəsirət gözümüzü açmalıyıq. Yetimlərin, kasıbların ehtiyaclarını qarşılayaq, durumlarını başa düşək, xəstələrimizi ziyarət edək. Bir-birimizi sevək, bir-birimizin dərdinə qalaq. Axı bu bizim genimizdə və mədəniyyətimizdə var. Milləti millət edən nəsnələrdən biri də budur.
Təvazökarlıq içərisində estetik düşünə bilən insan və cəmiyyət olmamız diləyilə
Seyit Ahmet ARSLAN
Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür ve
Tanıtma Müşaviri
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ