Bazar günü günü, 08 noyabr 2026
     

Həbsdə olan Şahin Sultanovun vəkili amansız suallar yağışına tutuldu

Image


Hüquq müdafiəçisi, "İnamla Hüquq" MMC-nin direktoru Məmmədov Bəxtiyar Heydər oğlu redaksiyamıza göndərdiyi məktubda hazırda həbsdə olan Şahin Sultanov barəsində diqqətçəkən konkret mətləblər açıqlayıb.Müraciətdə deyilir:
"HDQ-nin sabiq komandanı, hazırda həbsdə olan vitse-admiral Şahin Sultanovun müdafiəçisi Adəm Məmmədovun sensasion şər və böhtandan ibarət olan, 26 avqust 2014-cü il tarixdə "Azadlıq" qəzetində çapa getmiş məktubuna cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə ittiham edilmiş və barəsində həbs- qətimkan tədbiri seçilmiş Şahin Sultanovun 4 (dörd) aya yaxındır həbsdə olmasının heç bir əsas və səbəb olmadan hərbi prokuror Xanlar Vəliyevin sifarişi və göstərişi əsasında olduğunu bildirir, iddia edir ki, müvəkkilinin həbsi ilə əlaqədar bütün arqumentlər iflasa uğramışdır.
Bu qondarma ittihamlar məhkəmədə sabun köpüyü kimi əriyib gedəcək, bütün ictimaiyyətə və ölkə başçısına da məlum olacaq ki, guya ki, Şahin Sultanov haqsız olaraq həbs olunub deyən vəkil A.Məmmədov bildirir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Hərbi Prokurorluğdan ona təzyiqlər edilməsi üçün yazılı və şifahi müraciətlər olunur, sıxışdırılır. Həbsdə olan Elxan Hacıyev, Kazım Əsgərov və digərləri vasitəsilə ona şər-böhtan atırlar. Sonda isə Şahin Sultanovun tam həcmdə müdafiəsini qurmağa maneələr yaradılır.
Vəkil Adəm Məmmədov dövlətin milyard manata yaxın əmlakını oğurlayan müvəkkili Şahin Sultanovun çoxsaylı cinayət əməlləri törətməsindən həmin cinayət faktlarının RHP tərəfindən aparılan istintaq zamanı tam sübuta yetməsindən və məhkəmədə irəli sürülmüş ittihamların sübuta yetəcəyindən yaxşı xəbərdar olduğundan müvəkkili Şahin Sultanovun dövlətdən oğurladığı pullardan istədiyi qədər əldə etmək məqsədi ilə müvəkkilinin başının altına yastıq qoymaqla məşğuldur. Onun müdafiəsini qurmaq əvəzinə şər-böhtanla məşğuldur. Vəkil Adəm Məmmədov fərdi fəaliyyətlə məşğul olduğundan, kirayələdiyi ofisinin aylıq xərci ilə bağladığı müqavilələr əsasında saxtakarlıqlar edərək öz gəlirlərini gizlədir, belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası araşdırma aparsa məlum olar ki, A.Məmmədovun gəlir barədə hesabatda göstərdiyi rəqəmlər aylıq xərcindən çox-çox azdır.
Adəm Məmmədov Şahin Sultanovun təşkilatçılığı ilə cinayət törətmiş və hazırda həbsdə olan Elxan Hacıyevin, HDQ-nin sabiq Qərargah rəisi, 1-ci dərəcəli kapitan Yunis Məmmədovun və digərlərinin səmimi etiraflarını, oğurladıqları pulları dövlətə ödəməklə törətdikləri cinayət əməllərinə görə gələcəkdə məhkəmə tərəfindən veriləcək cəzaların qismən də olsa yüngül olmasını və bu səbəbdən də Şahin Sultanova mətbuat vasitəsi ilə etdikləri müraciətlərin guya hansısa təzyiqlər altında olmasından irəli gəlməsini bildirməsi absurddur.
Adəm Məmmədov tərəfimdən təxminən son 3 (üç) ay ərzində Şahin Sultanovun törətdiyi 28 (iyirmi səkkiz) cinayət faktı üzrə mətbuatda məktublarım, müraciətlərim dərc olunub. Amma bu günə qədər nə Şahin Sultanov, nə də Siz bu ittihamlarıma təkzib verməmisiniz.
Odur ki, ictimaiyyəti çaşdırmağa ehtiyac yoxdur. Adəm Məmmədov, sözügedən məktubunuzda RHP-nun rəhbərliyinə arzuolunmaz günlər diləyirsən. Atalar yaxşı deyib, sən saydığını say, görək fələk nə deyir? Unutma ki, sənin barəndə əlimdə olan bir neçə faktı tezliklə tam araşdırdıqdan sonra Respublika Baş Prokurorluğunun Korrupsiya İdarəsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına təqdim edəcəm, sonda isə özgəsinə arzuladığınız diləklər öz başınıza gələcək, odur ki, özünü müdafiə etməyin üçün indidən bir neçə vəkillə sövdələşsən daha yaxşı olar.
Aşağıda təqdim edəcəyim bütün cinayət faktlarının Ş.Sultanovun təşkilatçılığı və rəhbərliyi altında törədilməsini bir daha Şahin Sultanov və onun vəkili A.Məmmədovun yadlarına salıram və təkzib vermələrini tələb edirəm.
Ş.Sultanov HDQ-yə məxsus gəmilər vasitəsilə qaçaqmalçılıq yol ilə yanacaq, sürtkü yağları, gəmilərə məxsus qiymətli aparatları, eləcə də, qiymətli rəngli metalları Türkmənistan və Qazaxıstan dövlətlərinə keçirməklə külli miqdarda dövlət əmlakını mənimsəmişdir.
Bundan başqa, Ş.Sultanov SSR dövründən 2012-ci ilə qədər istismar müddətləri keçmiş bütün gəmiləri doğradaraq "kod 555" ləqəbli E.Hacıyev vasitəsilə Bakı şəhərində yerləşən müxtəlif dəmir qəbul edən şirkətlərə satmaqla külli miqdarda dövlət əmlakını mənimsəmişlər.
Bundan başqa, Ş.Sultanov Abşeron yarımadasında yerləşən HDQ-yə məxsus istirahət mərkəzinin fəaliyyətini heç bir əsas və səbəb olmadan dayandırmış və "kod 555" ləqəbli E.Hacıyev vasitəsilə həmin müəssisənin binalarının altındakı torpaq sahələrini özəlləşdirməklə özünküləşdirmişlər. Və həmin ərazidə taladıqları dövlət pulu ilə özlərinə villalar tikdirmişlər. Həmin villaların tikintisində isə HDQ-nin əsgər və motroslarının əməyindən istifadə etmişlər.
Bundan başqa, Ş.Sultanov HDQ-yə məxsus Bayıl qəsəbəsində yerləşən qonaqların qəbulu müəssisəsini qeyri rəsmi olaraq BP şirkətinə və Bayıl qəsəbəsində yerləşən HDQ-nin tarix muzeyini özəl göz klinikalarından birinə icarəyə verməklə külli miqdarda gəlir əldə etmişlər.
Bundan başqa, Ş.Sultanov öz doğma əmisi oğlu olan, HDQ-də manqa komandiri işləyən Elçin Sultanov vasitəsilə gizli yolla dəyəri 100.000 manatlarla ölçülən ərzağı oğurlayaraq Bakı şəhərində yerləşən müxtəlif marketlərə paylamaqla külli miqdarda dövlət əmlakını mənimsəmişlər.
Bundan başqa, Ş.Sultanov və "kod 555" ləqəbi ilə tanına E.Hacıyev vasitəsilə saxta MMC-lər açmaqla və saxta sənədləşdirmə aparmaqla pul köçürmələri yolu ilə 100.000 manatlarla dövlət əmlakını mənimsəmişlər.
Bundan başqa, Ş.Sultanov dəfələrlə HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərovun və sabiq MTT rəisi Cabbar Qəmbərovu komissiya üzvü təyin etməklə saxta aktlar tərtib etməklə külli miqdarda dövlət əmlakını mənimsəmişdir.
Bundan başqa, Ş.Sultanov HDQ-yə aid binaların söküntüsündə əldə etdiyi 100.000 manatlarla dəyəri olan tikinti materiallarını yalandan sənədləşdirmək yolu ilə guya müxtəlif şirkətlərdən yenidən alınmış material kimi aktlar tərtib etməklə dövlət əmlakını külli miqdarda mənimsəmişdir.
Bundan başqa, Ş.Sultanov HDQ-yə məxsus, Bayıl qəsəbəsində yerləşən uşaq bağçasının təmiri ilə əlaqədar saxta aktlar tərtib etmək yolu ilə dövlət əmlakını külli miqdarda mənimsəmiş və baxçanın bir hissəsini özəlləşdirərək özünküləşdirmişlər.
Bundan başqa, Ş.Sultanovun yarıtmaz rəhbərliyindən irəli gələrək HDQ-nin tibb hissəsinin rəisi Musa Musayev əxlaqsız naqislik hərəkətlərinə yol verərək zabit şərəfinə ləkə gətirmişdir. Bundan başqa, Ş.Sultanov saxta aktlar tərtib etməklə 8000 metr kabel almaq adı altında və 16.000 lampa almaq adı ilə dövlət əmlakını külli miqdarda mənimsəmişdir. Yuxarıda qeyd etdiyim bütün cinayət faktları aparılan cinayət işi üzrə istintaq zamanı öz sübutunu və təsdiqini tapmışdır. Əlavə olaraq bildirirəm ki, istintaq sirri olduğundan, Ş.Sultanovun və onun təşkilatçılıq etdiyi dəstə üzvlərinin törətdiyi digər cinayət əməllərini hələlik ictimailəşdirmirəm".
Redaksiyadan: Yazılanlara Şahin Sultanovun və ya onun vəkilinin mövqeyini də dərc edə bilərik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ