Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İctimai Televiziya: sabaha açılan pəncərə
Tarix: 28.08.2014 / 08:35
Bölmə: Gündəm
Hər bir millətin varlığı və kimliyi onun dili, tarixi və mədəniyyətilə tanındığı kimi, həm də milli-bəşəri dəyərlərilə ölçülür. Cəmiyyətin mənəvi sütunlarının əsasını isə xalqın yaşatdığı əxlaqi dəyərlər təşkil edir. Bu baxımdan mənəviyyat anlamını ifadə edən nə varsa, onun ictimai şüura təsiri də olduqca böyükdür. Xüsusən də gənc nəslin tərbiyəsində əsas və birbaşa rolu olan maarifçilik ideyalarının yeni ənənələrlə inkişafı da mənəviyyatın zənginləşməsində mühüm əhəmiyyət kəsb edir.
Heç şübhəsiz, cəmiyyət həyatının təşəkkülü, inkişafı prosesində ən ağır yük də mətbuatın, hər gün təmasda olduğumuz radio və televiziyaların üzərinə düşür. Etiraf edək ki, mənəvi dəyərlərin yaşamasında teleradio kanallarının rolu, imkanları daha böyükdür.
Söhbətimizin məqsədi də Azərbaycan teleməkanında yaşına, fəaliyyət dövrünə görə gənc olan İctimai Televiziyanın son bir ildəki fəaliyyətinə, yaradıcılıq axtarışlarına qısaca nəzər salmaqdır. Bu gün haqqında bəhs etdiyimiz televiziya hansı prinsiplərlə işləyir, milli-mənəvi dəyərlərimizin inkişafında nə kimi yeniliklər edir? Son zamanlar bu televiziyanın fəaliyyətini, bir-birindən fərqli və maraqlı proqramlarını yaxından izlədiyimdən düşüncəmdə yaranmış təəssüratlarımı oxucularla bölüşməyi məqsədəuyğun bildim.
Öncə onu qeyd edək ki, İctimai Televiziyanın bir çox yeniliklərə imza atması da bu kanala tamaşaçı marağının artmasına, auditoriyasının böyüməsinə rəvac verib. Bu gün haqlı olaraq Azərbaycan Televiziyasını ana televiziya adlandırırlar. Məlumdur ki, sonradan yaranan hər bir kanal da öz fəaliyyətində onun təcrübəsindən bəhrələnmişdir. Elə haqqında söhbət açdığımız İTV də həyatda ilk addımlarını atarkən ana televiziyamızın ənənələrindən bəhrələnərək özünün simasını yarada bilmişdir.
Təxminən 9 il öncə efir həyatına vəsiqə alaraq, bu illər ərzində özünün yeni yaradıcılıq axtarışları ilə xalqın rəğbətini qazanmış İctimai Televiziya, gənc olmasına baxmayaraq, teleradio məkanında uğurlu bir yol qət etmiş və çoxşaxəli fəaliyyətini bir sıra ölkələrin, o cümlədən Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və başqa dövlətlərin ictimai televiziyaları ilə işbirliyi şəraitində genişləndirmişdir.
Söhbətimin bu məqamında bir neçə ay əvvəl BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin "İctimaiyyətin rəğbətini qazanan kanal" yazısındakı belə bir fikrini xatırlayıram: "İTV Azərbaycan teleradio məkanının ən yaxşı tarixi təcrübəsini, eləcə də dünya teleradio yayımlarının örnəklərini öyrənməklə işinin faydalı qurulmasına çalışır. Bu səbəbdən də İTV-nin hazırladığı verilişlərin əksəriyyətində klassika ilə müasirliyin vəhdəti hiss olunur. Tərəfsiz və qərəzsiz informasiya yaymaq, hər bir təhlildə obyektivliyi qorumaq, tolerantlığa, milli adət-ənənələrə söykənmək, azərbaycançılıq dəyərlərinə üstünlük vermək, maarifçilik ruhlu proqramlar hazırlamaq televiziyanın fəaliyyətinə yeni uğurlar gətirir". Zənnimcə, professorun bu fikirlərini İTV-nin fəaliyyət düsturu kimi də qəbul etmək olar.
Hər hansı bir sahənin işindən bəhs edərkən onun keçmişinə, yaranma tarixinə, qazandığı uğurlara, eləcə də nəzərə çarpan nöqsanlara diqqət yönəldilməsi normal bir haldır. Təbii ki, yeni yaranan hər bir işdə qüsur da tapmaq mümkündür, bir qədər qərəzli yanaşanda çox "nöqsanlar" da görmək olar. Amma belə məsələlərdə, zənnimcə, təzə addımlarına rəğmən ən çox görmək istədiklərimizi, ehtiyacını çəkdiyimiz, arzusunda olduğumuz məsələləri xatırlatmaqla sahənin işinə yeni təkliflərlə kömək etməyimiz daha mədəni təsir bağışlayar. Heç şübhəsiz, İTV-nin fəaliyyətə başladığı 29 avqust 2005-ci il tarixindən bu günə kimi uğurları da çox olub, birmənalı qarşılanmayan bəzi proqramları da. Amma əsas odur ki, bu televiziya hazırda milli-mənəvi ənənələrə sadiqliyilə yanaşı, özünün yaradıcı axtarışlarını genişləndirir, maarifçilik ideyalarını yeni düşüncələr üstə kökləməyə və qurmağa çalışır. Son vaxtlar İctimai Televiziya ölkəmizdə baş verən əlamətdar hadisələrin ictimai əhəmiyyətini çox həssaslıqla, həm də maarifləndirici mövqedən, ictimai fikri inkişaf etdirməklə təqdim etməyə çalışır. Bütün bunlar, heç şübhəsiz, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevin yüksək səriştə və bacarığı ilə televiziyanın ümumilikdə fəaliyyətinə peşəkarcasına rəhbərliyi, hər bir proqrama diqqətlə və həssaslıqla yanaşması, ictimai rəyə, plüralizmə, demokratik inkişafa yaratdığı imkanlar sayəsində qazanılıb.
Azərbaycançılıq ənənələrini yeni dəyərlərlə inkişaf etdirmək, ictimai, milli-bəşəri əhəmiyyətli, maarifçilik təcrübəsini genişləndirmək, bu istiqamətdə maraqlı layihələr həyata keçirməklə nümayiş mədəniyyətinin ən yaxşı nümunələrilə böyük uğurlara imza atması İctimai Televiziyanın bütünlükdə məram və məqsədini ifadə edir desək, yanılmarıq.
İTV-nin fəaliyyətində açılan yeni nəfəs hesab etdiyim, eləcə də özünə vətəndaşlıq hüququ qazanmış verilişlərə nəzər salaq. "Media və zaman", "Yadigarlar", "Müzakirə vaxtı", "El sənəti", "Yurd inciləri", "Muğam sədası", "Yeni gün", "Regionların inkişafı", "Vətən səsi", "Sağlam yaşam", "Salam əsgər", "Ozan", "Azərbaycan təbiəti"... kimi proqramlar mövzuların aktuallığına görə xalqın həyatında böyük əhəmiyyət kəsb etdiyindən, böyük maraqla qarşılanır. Burda onu da qeyd etmək yerinə düşər ki, verilişlərin adı özünün lakonikliyi, mövzunun mahiyyətini ifadə etməsilə xüsusi dəqiqlik və peşəkarlıqla seçilmişdir. Mətbuatımızın bugünkü durumu, problemləri, ictimai-siyasi həyatımızda baş verən hadisələrə münasibət, el sənətimiz olan folklorumuzun tədqiqi, öyrənilməsi, yurdumuzun inciləri olan musiqi alətlərimiz, qədim havalar, muğam sənətimiz və onu yaşadan sənətkarlarımızın ifaları, regionlarımızda aparılan quruculuq işləri, üzləşdiyimiz problemlər, vətənimizin keşiyində dayanmış oğullarımızın vətənpərvərliyi, elinə, yurduna sədaqəti - bütün bunlar böyük yaradıcılıq işləri olmaqla yanaşı, proqramlara məsul olan şəxslərin yüksək intellektindən, istedadından, mövzulara dərindən nüfuz etmək bacarığından xəbər verir.
Əslində hər bir tamaşaçının zövqünə, ixtisasına, ictimai marağına görə daha çox izlədiyi verilişlər var. Mənim də öz tamaşaçı mövqeyimə uyğun olan bir sıra proqramlar var ki, imkan olduqca onları izləyir, auditoriyada oyadacağı təsirə də böyük intuisiya ilə yanaşıram. Sözün bu məqamında təəssüratlarımın istisi çəkilməmiş son günlər izlədiyim bəzi verilişlər haqqında fikirlərimi də bölüşmək istəyirəm.
Hər gün tamaşaçıda yeni ruh oyadan "Yeni gün" proqramı özünün layihəsi çərçivəsində çox maraqlı mövzulara işıq salır. Bir-birindən dəyərli qonaqları, gözəl musiqiləri, maraqlı söhbətləri, elə daim axtarışda olan xoş simalı aparıcıların da müsahiblərilə söhbətləri insanda xoş əhval-ruhiyyə yaradır.
"Carçı"nın hər gün buraxılışını izləyən tamaşaçı, yəqin ki, ölkəmizdə baş verən hadisələrin işıqlandırılmasında uslub yeniliyini, cavabdehlik məsuliyyətini, dəqiqliyi, yığcamlığı, eyni zamanda mükəmməl məlumata əsaslanan xəbərlərin, xüsusi maraq oyadan hadisələrin təqdim edilməsindəki cazibədarlığı, əsl peşəkarlığı duymamış deyil.
Efir həyatına təzəcə vəsiqə almış verilişlərdən söz açdığım məqamda "Media və zaman"ın da adını çəkmək istərdim. İTV ilə Mətbuat Şurasının birgə layihəsində Əməkdar jurnalist Xalid Niyazovun təqdim etdiyi bu proqramda mövzuya böyük məsuliyyət və həssaslıqla yanaşan müəllifin cəmiyyətdə medianın durumu, onun keçmiş ənənələrlə inkişafı, böyük zaman daxilində onun qadir olduğu təsir gücü, bir çox taleyüklü problemlərin həlli yolları ilə bağlı məsələlər müzakirə olunur. Mövzuya demokratik prinsiplərlə, aktuallıq prizmasından nəzər salınması da verilişin dolğun, həm də yüksək səviyyədə hazırlığından xəbər verir.
"Yadigarlar" verilişinin az bir zaman içində yüksək reytinqi haqqında həm də mətbuatdan tanış olduğum fikirlər mənim də bu yeni layihə barədə qənaətlərimin açıqlanmasını zəruri etdi. Öncə onu qeyd edim ki, verilişin adı onun bütünlükdə məna və mahiyyətini ifadə etməklə insanda kövrək hisslər, nostalji duyğular oyadır. İnsanın acılı-şirinli xatirələrinə pəncərə açır. Ən başlıcası da haqqında söhbət gedən ədəbiyyat, sənət adamlarının ocağına, qədirbilən xalqımızın yaddaşına, yeni nəslin düşüncəsinə özünün nurunu çiləyir. Bu məqamda onun aparıcıları, mətbuatda öz dəst-xəttilə seçilən əməkdar jurnalist Flora xanım Xəlilzadə, gənc və istedadlı teleaparıcı Bəhruz Niftəliyevin bir-birindən fərqli və bənzərsiz talelərə, ədəbi şəxsiyyətlərin həyat yoluna, ömrünə fiziki və mənəvi varislərinin tamaşaçıya unikal anlar yaşadan xatirələrinə, böyük ömürlərin həssas duyğulu məqamlarına mənəvi zövq aşılaması olduqca dəyərlidir. Flora xanımın bu proqramı, varislərlə söhbətini özünün fiziki və mənəvi varisilə - Bəhruzla hazırlaması, xatirəyə dönmüş böyük ömürlərin kövrək notlarını birgə səsləndirməsi də teleməkanda yeni bir ideyanın təcəssümüdür. Yaşanmış talelərə qoşa nəzər salmaqla xalqın mənəvi sərvəti olan ədəbi şəxsiyyətləri gənc nəslə tanıtmaq, sevdirmək, əsərlərindən əxz etdikləri mənəvi dəyərlərə böyük sevgi bəsləməklə bu ədəbi varidatlara sahib olmaq haqqını düşüncəmizə ötürmək forması, məzmunu və ideyası da bizim üçün yenidir. Burada məni razı salan cəhətlərdən biri də aparıcılarla qonaqlar arasındakı səmimilik, bağlılıq, söhbətin öz axarıyla, fikirlərin bir-birini izləməsi ardıcıllığı ilə getməsidir.
Bir səhər "Yurd incilər"ndə səslənən "Sarı gəlin" havasını məftunluqla dinləyərkən xəyalımda kökümüzün, soyumuzun həyatıyla bağlı neçə-neçə əsatirlər, əfsanələr canlandı... Beləliklə, dünənki yaşantılar bugünkü həyatımıza özünün məzmunlu yenilikləri, forma və ideyası ilə ilkinliklər gətirir. Bu da belə verilişlərin ekran həyatını tamaşaçıyla uzun zaman bölüşməyə imkan verir.
İctimai Televiziyanın "Azərbaycan təbiəti" adlı bir verilişi də var. Bu verilişin bir zamanlar masa arxasında iki aparıcısıyla həmsöhbət çərçivəsində qurulduğunu, söhbətlərarası mövzuyla bağlı kadrların da nümayişini xatırlayıram. Bu gün "Azərbaycan təbiəti"nin hər dəfə konkret mövzu ətrafında, birbaşa təbiətin qoynunda, əyani şəkildə, bəzən də unikal görüntülərin içərisində yaranması, əminəm ki, təkcə mənim yox, minlərlə seyrçinin zövqünü oxşayır, maraqlı məlumatlarla bilgimizi artırır. Uzun ömürlü proqramlar siyahısında olan bu veriliş özünün yeni üslubu, aparıcıların sərbəst danışıq manerası, təbiətin özünün doğurduğu hadisələrə sadə və təbii şəkildə müdaxiləsi onun özünəməxsusluğunu göstərir. Təbiət incisi haqqında ən unikal hallar, eyni zamanda sözügedənin bütün maraqlı tərəfləri tamaşaçıya lakonik dillə və yüksək mədəniyyətlə təqdim olunur.
Filmlərin nümayişində də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təqdimi, mərdlik, mübarizlik ruhuyla ifadə olunmuş əsərlərin göstərilməsi əxlaqi tərbiyəyə söykənir. Bu olduqca vacibdir. Çünki kinonun həyatımıza, məişətimizə, düşüncəmizə təsirinin misilsiz olduğu faktdır.
Bu günlərdə İctimai Televiziyada izlədiyim verilişlərdən biri də "Ozan" oldu. Bu verilişin aparıcısıyla İTV-nin radio dalğalarından tanış idim. Qorxmaz Tofiqoğlunun el sənətinə, folklorumuza bunca bələdliyi, tədqiqat xarakterli çıxışları, mövzunu dərindən təhlili, aşıq sənətinə sevgisi, bu sahədə fəaliyyət göstərən bütün sənətkarların yaradıcılığına ustadcasına bələd olması, düzü, məni həmişə heyrətdə saxlayır. İnsanın peşəsinə necə böyük sevgisi olmalıdır ki, belə bir geniş diapazona malik mövzunu bütün ruhuyla mənimsəyə, xalqına çatdıra bilsin.
Dini, milli tolerantlığa gözəl nümunə olan bir verilişi də elə bu günlərdə izlədim. Azərbaycanın dilbər guşələrindən birində 3 əsrdən də çox bir zamanda məskunlaşan, öz dinini, dilini qorumaqla, soydaşlarımızla mehribançılıq şəraitində yaşayan malakanların həyatından bəhz edən süjetlərə baxdım. Bu xalqın nümayəndələrinin Azərbaycan dilində gözəl, səlis danışığı məni valeh etdi. Müsahib olan bir qadının azərbaycanlılarla qonşuluq münasibətlərindən ağızdolusu danışmasından tamaşaçıların da bu proqramı böyük rəğbətlə izlədiyini düşündüm.
"Carçı"nın "Maarifləndirici turlar" üzrə həyata keçirdiyi yeni layihədə məktəblilərin vətənimizin Gəncə, Şəmkir, Göygöl kimi dilbər guşələrinə səyahət etməsi də maarifçilik ənənələrinə söykənir. Sabahımız olan uşaqlara yurdunu, torpağını sevməyi təlqin edir. Ümumiyyətlə, İTV-nin əksər verilişlərində maarifləndirici missiya layihələrin əsas ideyasını təşkil edir. Yurdunu sevmək, torpağının hər qarışı uğrunda müsəlləh əsgərə dönmək, dağına, qayasına, ən sısqa otuna belə isti yanaşmaq, onu dəyərləndirmək elə imandan olan Vətəni sevməkdir.
Unutmamış onu da qeyd edim ki, ədəbi şəxsiyyətlərin ömür yolunu işıqlandıran portret proqramlardan biri kimi, ötən günlərin birində Xalq şairi, Azərbaycanın dəyərli ziyalısı Zəlimxan Yaqub haqqındakı verilişi izləyərkən çox duyğulandım. Qəlbimdə şairə də, həmin verilişi hazırlayıb ərsəyə gətirən bütün yaradıcı heyətin böyük uğuruna da əhsən nidası səsləndi...
İTV-nin nəzdində fəaliyyət göstərən "Carçıfilm" yaradıcılıq birliyinin layihəsi də maraqlıdır. İlk verilişdə təqdim olunan gələcəyin çempionları gənc gimnazistlər, güləş və velosiped yarışlarının nümayişi, şübhəsiz, ölkəmizdə idmana göstərilən böyük qayğının və sevginin parlaq nümunəsidir. Qeyd etmək yerinə düşər ki, "Carçı"nın çəkdiyi əvvəlki çəkilişlər, ədəbi-bədii dəyəri, yüksək sənətkarlığı ilə seçilən sənədli filmlər əlamətdar günlər, hadisələrlə səsləşdiyi zamanlarda da nümayiş olunur. Bu onu göstərir ki, rəhbərlik İTV-nin ictimai, milli və bəşəri maraqlarını ifadə edən keçmiş ənənələrə xüsusi qədirdanlıqla yanaşır və ən yaxşı verilişlər kimi tamaşaçının göz-könül ovqatını təzələyir, yaddaşına işıq çiləyir.
İctimai Radio da özünün maraqlı və yeni proqramları ilə kanala böyük rəğbət və sevgi qazandırıb. Son zamanlar klassik irsimizin parlaq nümayəndəsi Mirzə Şəfi Vazeh haqqında verilişin dinləyicisi oldum.
Alman şairi, tədqiqatçısı, tərcüməçi F.Bodenştedtlə Mirzə Şəfinin münasibətləri, əsərlərinin Almaniyada nəşri və bu kimi ədəbi söhbətlərin təqdimatı da məni düşüncələrə daldırdı...
Yaradıcı kollektivin fəaliyyət tempindən danışarkən xüsusi qeyd etmək istərdim ki, televiziyalar yay aylarında istirahətə böyük vaxt ayırdığından, əziyyətli işlərə, böyük layihələrə sadəcə baş qoşmurlar. İctimai Televiziyanın proqramlarını izləyən tamaşaçı görməmiş, duymamış deyil ki, onlar elə yayın cırhacırında da iş ahəngini pozmadan, dəyişmədən böyük zəhmət və əziyyətlə başa gələn, xüsusi peşəkarlıq tələb edən verilişlərin ərsəyə gətirilməsində vicdanla çalışır, tamaşaçıya maraq, sevgi dolu mövzular ərməğan edirlər.
İTV Azərbaycançılıq ənənələrini yeni dəyərlərlə inkişaf etdirməklə yanaşı, xalqa ictimai, milli-bəşəri əhəmiyyətli, maarifçilik ideyalarını yeni formalarla işıqlandıran proqram - söz və nümayiş mədəniyyətinin ən yaxşı nümunələrini təqdim etməklə maraqlarını məhz bu prinsiplər əsasında quraraq fəaliyyət göstərir. Bu kanal, xüsusilə son vaxtlar özünün intellekti, mədəniyyətilə özünün imicini formalaşdırıb.
Bu televiziya plüralizmə, sərbəst düşüncəyə, mövzuya müxtəlif istiqamətdən yanaşmaqla bütün fəaliyyətində demokratiyaya meydan verməklə işini qurur. İctimai Televiziya dövlətin ictimai maraqlarını müdafiə edənlərə, bu sahədə istedadı, zəngin təcrübəsi olanlara, vətənçilik əxlaqına, azərbaycançılıq ideyalarına söykənən, bu amala xidmət etməyi bacaran hər bir peşəkara qapılarını geniş açır.
9 il elə də böyük zaman deyil. Bunun fonunda isə son bir ilin yaradıcılıq axtarışlarının bəhrəsi olan yeni layihələrin, proqramların efir haqqı qazanmasını İTV-nin böyük uğurlarından saymaq olar.
Azərbaycanın daxili məsələlərinə demokratik münasibət, milli-dini tolerantlığın təbliği, mənəvi-əxlaqi dəyərlərin qorunması və yeni ənənələrlə inkişafı İctimai Televiziyanın reytinqini xeyli dərəcədə artırıb.
Bu gün İTV-ni ictimai həyatımıza açılan pəncərəyə də bənzətmək olar. Bu pəncərədən Azərbaycanın işıqlı sabahlarını izləmək hər bir soydaşımız üçün böyük fəxarətdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ