Bazar günü günü, 08 noyabr 2026
     

Rəşad Məcid ruhu və ya 50 yaşın müdrikliyi

Image


...Tanışlığımızın haradan başladığını konkret xatırlamıram. Şübhəsiz, yada salmaq istəsəm, nələrisə canlandıra bilərəm. Zənnimcə, ehtiyac da yoxdur. Axı, onunla yaxınlıq xüsusi təmtəraq, hansısa əhvalat, fövqəladə maraqlı hadisə istəmir. Çünki o, hər epizodu, hər anı özü yaradır. Hər şey o qədər təbii və maraqlı alınır ki, təəssürat zənginliyində itib-batırsan. Nəyi daha çox xatırlamalı olduğunu unudursan.
Zənn edirsən ki, onu dünyaya gəldiyin ilk gündən tanıyırsan. Söhbət Rəşad Məciddən gedir.
Onunla yaxınlıqda təmtərağa ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə də zərurət yoxdur. Adı çəkiləndə gözlər önündə bir çox dəyərlər canlanır. Ədəbi, bədii mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri sadalayaraq Rəşad Məcidin portretini cıza bilər. Cızır da. Baxın, 50 yaşı münasibətilə yazıların, qələmə alınan dost düşüncə və xatirələrinin sayı artmaqdadır. 50 il az deyil, bəli, insan bu müddəti elə yaşamalıdır ki, barəsində yazsınlar, desinlər. Bu mənada Rəşad 50 yaşını haqlamış insanın kamil obrazını yarada bilər, yaşamağı bacarıb.
Rəşad Məcid şairdir, yazıçıdır, publisistdir. Sənət adamlarından biri çox gözəl deyib ki, Rəşad Məcidin şairliyi ilə baş redaktorluğu qarşılıqlı müxalifətdədir. Biri digərinin vaxtından alır. Şair ilham pərisinin sorağında olsa da, jurnalistin, xüsusilə qəzet baş redaktorunun gözləməyə nə vaxtı, nə imkanı var. Səhəri oxucularla hesablaşmaq lazım gələcək. Sübh tezdən şər qarışanadək qəzetin sükanı arxasında dayanıb yorğun-arğın evə dönəndə, gözünün acısını almaq istəyəndə ilham pərisi səni silkələyib "yaz" deyəcək. İnanıram ki, yuxusuna haram qatıb yazdığı anlar çox olub. Ancaq daha çox Rəşadın jurnalistikası üzərində dayanmaq istərdim. Hesab edirəm ki, jurnalistikamız onun əsl sənət adamlarına xas duyumundan daha çox bəhrələnib, Rəşad Məcidi daha çox özününküləşdirib.
Bəli, məhz duyumundan. Duyum böyük göstəricidir. Yeri gəlmişkən, Rəşaddakı duyumu bir neçə epizodda daha yaxından hiss etmişəm. Hiss etdirib. Özü demişkən, insan xarakterinin qatlarını çözələməyin yerini nə verə bilər ki? 50 yaşlı Rəşadın xarakterini çözələyərkən Şimali Kipr Türk Cumhuriyyətinə səfərimizi xatırlayıram. Orada Yaxın Doğu Universitetinin qurucusu Suat İrfan Günselin qəbulundaydıq. Suat bəyin universiteti yaratması, Şimali Kiprin tarixi ilə bağlı böyük entuziazmla anlatdıqlarının Rəşadda hansı ifadələr doğurduğu gözümün önündədir. Sakitcə dinləyirdi. Ancaq bunun fırtına öncəsi sakitlik olduğunu hiss edirdim. Zənnimdə yanılmadım, səhərisi gün "525-ci qəzet"in saytında "Qorxunun yaratdığı güc"ü gördüm. Elə oradaca yazmışdı.
Rəşad "Qorxunun yaratdığı güc" sərlövhəli yazısında Suat İrfan Günselin anlatdığı məqamları məxsusi duyum tərzilə ifadə etmiş və belə nəticəyə gəlmişdi ki, şimali kiprlilərin var olmaq, həyatda qalmaq mücadiləsində başlıca hərəkətverici qüvvə qorxu olub. Təbii ki, haqlıydı. Ancaq "Sevginin yaratdığı güc"ü qələmə alan da haqlıydı. Görünür, qorxu və sevgidə vəhdət var. Onları birləşdirən bir-birini tamamlamalarıdır. Rəşadın nələri duyduğunu anlamışdım...
Rəşadın nələri duyduğunu "Gəncədəki ruh"da da anlamışdım. O ruh Gəncə qatarının Ağdama gedən qatar kimi qəbulundan başlamışdı. Kövrəlmişdi. Dostumuz Elçin Mirzəbəylinin bədii təfəkkürü o qatarı "Kabus qatar" adlandırdı. Rəşad hesablamışdı ki, o qatarda 6-7 il ərzində təxminən 300-dən çox gecə keçirib. Və 25 ildən sonra dəhlizinə ilk dəfə ayaq basdığı həmin qatarda içkinin hesabına içindəki ağrılı duyğularını, böyüyüb boya-başa çatdığı Ağdamın nisgilini keyləşdirməyə çalışdığını yazdı. Həmin an xatırladığı illər, beynində oyatdığı qatarlı günlər təkcə ona yox, "Gəncədəki ruh"u oxuyan hər kəsə əl elədi. Bu, əsl duyğu kabusu, onu yaradan Rəşadın doğma yurdunun timsalında bütövlükdə Azərbaycana olan böyük sevgisiydi...
Rəşadın şair, yazıçı, publisist kimi oxucusuna yaşatdığı duyğunun, şeirlərinin aşıladığı hisslərin təsiri altına düşəndə fikirləşmişəm ki, o nə yaxşı söz sənətini seçib, digər sahələrə maraq göstərməyib. Atası Müseyib kişinin imkanlarını və həmin dövrün insanını həyata bağlayan reallıqları nəzərə alsaq, Rəşadı hansısa böyük müəssisənin rəhbəri, yaxud da məmur kimi təsəvvürə gətirmək mümkün idi. Ancaq seçimi jurnalistika, söz-sənət dünyası oldu. Hesab edirəm ki, jurnalistikamız bu seçimdən uddu. Bu gün Azərbaycan mətbuatı deyiləndə gözlər önünə gələn beş-altı sima varsa, onlardan biri Rəşad Məciddir. Ancaq onu da deyim ki, bu statusun qazanılmasında təkcə istedad amili rol oynamır.
Rəşadın böyük-kiçik yeri bilməsini Ağcabədidə atasının qonağı olarkən müşahidə etmişəm. Çox maraqlı mənzərəydi. Təkcə ona görə yox ki, böyük yanında, böyük danışanda danışmamaq kimi adətimiz var. Məsələ başqa vaxtlarda dili ağzına sığmayan həmkarımın valideyn yanında cınqırını belə çıxarmayacaq qədər susqunluğu idi. Açığı, bu qədərini təsəvvürə gətirmirdim. Ancaq Rəşadla bağlı sonradan təsəvvürə gətirməkdə çətinlik çəkməyəcəyim məqamlar çox oldu.
Həmin məqamlardan birinə şahidliyim "İrşad" hotelində baş tutan tədbirdə gerçəkləşib. Təxminən 6-7 il öncənin söhbətidir. Uzaqdan Rəşadın gəldiyini gördüm. Onun gözləri isə böyük şairimiz Bəxtiyar Vahabzadəni görmüşdü. Kənarda oturub, xəstəhal görkəmi ilə ətrafı seyr edən ustad Rəşadın əyilib onun əlindən öpəcəyini gözləmirdi...
Üzərindən bir neçə il keçəndən sonra eyni səhnəyə ikinci dəfə şahidlik etdim. Mətbuat Şurasının ofisi adi iş axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı və kabinetə girəcəkdə gördüyü şəxs həmkarımı ənənəvi olaraq hamı ilə görüşmək fikrindən bir anlığa daşındırdı. Birbaşa ona doğru yön aldı. Qarşısında dayandı, əyilərək əlindən öpdü. Azərbaycan jurnalistikasının canlı əfsanəsi Şirməmməd Hüseynov da mərhum Bəxtiyar Vahabzadə kimi sözün yaxşı mənasında çaşqınlıq içərisindəydi. Sonradan Rəşad "mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərindən öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm..." yazacaqdı. Şübhə etmirəm ki, 50 yaşını haqlamış Rəşad Məcidin jurnalistikamız qarşısındakı xidmətləri onu da nə vaxtsa əli öpüləcək adama çevirəcək.
Əlbəttə, Rəşad Məcid haqqında daha nələrisə də söyləmək, onun Azərbaycan jurnalistlərinin qurultaylarındakı ən gərgin vəziyyətləri sahmana salan prinsipial dəst-xəttinin incəliklərindən söz açmaq, müxtəlif xatirələr zənginliyindən qidalanmaq mümkündür. Ancaq bu yerdə yazıma nöqtə qoymağı düşünürəm. Onu da düşünürəm ki, hər yaşın özünün spesifik xüsusiyyəti var və Uca Yaradan layiqli bəndələrini həmin xüsusiyyətdən irəli gələrək mükafatlandırır. Bu mənada Rəşad Məcidin 50 illiyinin ən böyük mükafatının nəvə payı olduğu qənaətindəyəm. Təbrik edirəm, Rəşad baba, çox yaşa! Yubileyin mübarək, əziz dost!





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ