Bazar günü günü, 08 noyabr 2026
     

Rəşad Məcid də "əllinin qatarını" gözləyir...

Image


Əlli yaşın xəbərini gətirən çapar artıq yoldadır, sanılı günlər qalıb ki, o müjdənin mübarək sədasını sahibinə çatdırsın. Təzadlı, təlatümlü, bəzən hamar, bəzən də həzin ömür qisməti yaşayan qəhramanım ovqat, ruh adamıdır. Onun gündəlik əhval-ruhiyyəsini ətraf mühit, təbiət hadisələri müəyyən edir. Adicə bir sözdən alına bilər, bütün günü o sözün təsiri altında yaşa, ovqatı həmin o sözdən asılı olar.
Söz yolunu illərdir ki, əriş-arğac edən, sevincini, xoşbəxtliyini, bir hovur dincliyini bu ünvanda tapan insan öz havasında yaşayır. Bundan gözəl nə ola bilər ki?! Ruhunun havası olmayan adamın başqasına da fayda verəcəyi, simsar olacağı mümkünsüzdür. İndiyə qədər sözün əlindən tutub, bir an da olsa əlini əlindən çəkməyib.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev səhər planlaşmada mənə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, yazıçı-şair, publisist, ictimai xadim Rəşad Məcidin əlli illik ömürlüyü ilə bağlı yazı hazırlamaq tapşıranda, nə gizlədim, əvvəlcə tərəddüd etdim. Rəşad Məcidin əlli yaşının olduğuna inanmadım. Onu həmişə gənc saymışam. Bu da yəqin ondan irəli gəlir ki, Rəşad müəllim həmişə cavanların arasında olur, həyatı, taleyi gənclərlə bağlıdır.
Deyirlər əlli yaş kişi həyatının ikinci baharının başlanğıcıdır. Bu da onu deməyə əsas verir ki, kişilərin ömrünün bir neçə baharı olur. Təbii, bu yanaşmaya münasibətlər fərqli ola bilər. Düşüncəmə görə, Rəşad Məcidinin ömrünün ikinci baharı başlayır. Mübarəkdir!
Rəşad Məcidin əlli yaşı avqustun 21-də tamam olacaq. Yubiley olduğu üçün ad günündən əvvəl onunla beş-on kəlmə kəsmək istədim, söhbətimiz telefon vasitəsilə baş tutdu. Üzbəsurət danışa bilməsək də, sözlərinin istiliyini, səmimiliyini telefonda da duymaq çətin olmadı. Emosiyaların idarə etdiyi Rəşad Məcid hiss-duyğu adamı olduğu üçün söhbətimiz səmimi ovqat üzərində kökləndi.
Rəşad müəllimdən soruşdum ki, əlli yaşı kişilərin ömrünün ikinci baharı sayırlar, Siz bu barədə nə düşünürsünüz?
Rəşad Məcid bildirdi ki, qırx yaşının tamamında yaşla bağlı daha dərin kompleks yaşayıb":Qırx yaşım tamam olanda daha çox kompleksim vardı. Düşünürdüm ki, artıq gəncliyi bada vermişəm, qocalıq qapımı döyür, demək qocalmışam. Bunu böyük ağrı ilə qarşılayırdım. Ancaq qısa müddətdən sonra baxıb gördüm ki, xeyr, belə deyil, qocalmamışam. İndi də əlli yaşım olur. Ancaq bu yaşa heç bir kompleksim yoxdur. Bəzən dostlarım mənə "əlli yaşında cavan" deyirlər, hətta barəmdə yazdıqları yazıları bu ovqata kökləyirlər. Özümü bu yaşda müxtəlif hallarda hiss edirəm. Bəzən mənə elə gəlir ki, 20-25 yaşım var, gəncəm. Ancaq elə hallar da olur, yaşlı-başlı, dünyanı yorub gəlmiş 1500 yaşlı qoca kimi hiss edirəm özümü. Bu, ovqatımdan asılıdır. Bir əsimlik meh də, uçan bulud da, günəş zərrəsi də, insanlardan gördüyüm kiçik bir sevgi də, yaxud hiss etdiyim pislik də, paxıllıq da ovqatımı müəyyən edə bilir. Daha çox emosiyalara bağlıyam. Hər şeydən tez təsirlənirəm".
Rəşad Məcid iki ailəyə başçılıq edir-öz ailəsi və "525-ci qəzet" ailəsi. Dediyinə görə, hər ikisinə sevgi və səmimiyyətlə yanaşır. 22 yaşında ailə həyatı quran, 28 yaşında isə "525-ci qəzet"i təsis edən Rəşad Məcid çox ləyaqətli ailə başçısı kimi borcunu yerinə yetirməkdə davam edir":Ailə mənim üçün çox qiymətlidir. 22 yaşımda ailə həyatı qurmuşam. Əvvəlcə düşünürdüm ki, tez evlənmişəm. Ancaq sonra gördüm ki, lap vaxtında ailə qurmuşam. Üç oğlum var, bu yaxınlarda baba olmuşam. Birdən özümü oğlanlarımla yaşıd hesab edirəm. Həmişə bizə elə gəlirdi ki, baba olmaq üçün yaşlı olmalısan, qocalmalısan, elə deyil, yaşıdlarıma da baxıram, çoxu mənim kimi baba olub, ancaq cavandırlar. Ailə insanın möhkəm söykəndiyi, istinad etdiyi bir yerdir. Ailəmdə özümü güclü və xoöbəxt sayıram. Onu deyim ki, mən özüm də övladam və ata-anama uşaq kimi qayğı ilə, sevgi və ehtiramla yanaşıram. Onlar xəstələnəndə çox narahat oluram. Həm övladlarıma, həm də valideynlərimə həsslıqla yanaşıram. Özü də ki, bu işdən böyük zövq alıram. Ailədə hamıya sevgi və ehtiramla yanaşıram və qarşılığını da eyni cür alıram. Diktatorluğun tərəfdarı deyiləm, hər şeyi sevgi və ehtiramla etməyi sevirəm. Belə olanda səmimiyyət olur və işlər qaydasında gedir. Mülayim xarakterli adamam, qarşılıqlı hörmətlə, sevgi ilə idarəetməni sevirəm. İşim sevgi üzərində qurulub".
Rəşad Məcidi məhsuldar yazar olmasından daha çox gənclərin, gənc istedadların, ədəbiyyat adamlarının himayədarı kimi tanıyıram. O, indiyə qədər çoxlu sayda gənc istedada arxa-dayaq olub, "525-ci qəzet"in səhifələrində gənclərə meydan verib, bu gün də bir sıra gənclər öz maraqlı layihələri ilə qəzetdə görünür. Rəşad müəllim deyir ki, bu işdən zövq alır və gənclərin uğurlarına sevinir":1992-ci ildə "525-ci qəzet"in ilk sayını buraxanda təsisçi kimi gənclərə bir neçə cümləlik müraciət etmişdim. Müraciətimdə üzümü gənclərə tutub bildirirdim ki, bu qəzet yaradıcı, istedadlı gənclərin qəzetidir və gənclər bizimlə əməkdaşlıq etsin. Həmin vaxtdan indiyə qədər istedadlı gənclərlə işləyirəm. Azərbaycan Yazıçılar Birliyində də gənclər üzrə katib vəzifəsində çalışıram. Burada da işim sırf ədəbi gəncliklə, istedadlı cavanlarla bağlıdır. Bu işə şövqümlə, sevgimlə, qayğımla bağlanmışam. İstedadlı adamlara dayaq olmaq lazımdır ki, onlar öz istedadlarını üzə çıxara bilsin. Bu işdən zövq alıram".
Söz aləminə şeirlə gələn Rəşad Məcidin ilk poeziya toplusu "Hələ ki, vaxt var" kitabıdır. Çoxsaylı publisistik məqalələrlə gündəmdə olan Rəşad Məcidin yazıçılığı da hər kəsə bəllidir. Məşhur "11 Setyabr" hekayəsi ilə ədəbi mühitə səs salan yazarın bir müddət əvvəl "Dəniz və sənə" adlı esselər, publististika, hekayələr kitabı da çap olunub.
Rəşad müəllimlə söhbətimiz zamanı ona "siz özünüzü məhsuldar yazıçı sayırsızmı" sualını da verdim. Suala özünəməxsus səmimiyyətlə cavab verən yazıçı etiraf etdi ki, bir sıra bəlli məsələlər üzündən özünü yazıçılığa həsr edə bilməyib: "Xeyr, özümü məhsuldar yazıçı hesab etmirəm. Yazıçı ömrü fərqli bir ömürdür. Gərək bütün gücünü, vaxtını yazıçılığa sərf edəsən. Bilirsiz ki, mənim ictimai fəaliyyətim də var, vaxtımın çoxu ora gedir. Yazıçılar Birliyində də işim çoxdur, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının, Mətbuat Şurasında isə İdarə Heyətinin üzvüyəm.
Mən öz həyatımı yazıçılığa həsr etmədim. Vaxtımı, zamanımı istedadlı yaradıcı gəncliyə dayaq olmağa, onları himayə etməyə, uğurlarına dəstək olmağa həsr etdim. Bu da mənim yaradıcılığımdır, işimdir".
Hörmətli qələm dostumuzu, gənc istedadların sarsılmaz dayağını, "525-ci qəzet"in baş yazarını - Rəşad Məcidi qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyevin və kollektivimizin adından təbrik edirəm. Rəşad müəllim, həmişə cavan qalasınız, ovqatınızı xoş, könül açan hadisələr, işlər təzələsin. Yubileyiniz mübarək!







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ