"Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir, bu problem uzun müddətdir davam edir". Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə deyib.
İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: "Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var".