Türkiyə baş naziri bugün keçiriləcək ölkənin ilk birbaşa prezident seçkisində favorit hesab edilir. Rəcəb Tayyip Ərdoğan deyib ki, əgər seçkilərdə qalib gəlsə, konstitusion dəyişikliklər həyata keçirərək icra edici prezidentliyin əsasını qoyacaq.
İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib. Bununla yanaşı cənab Ərdoğan deyib ki, o, Türkiyənin mövcud qanunlarına əsasən prezidentə tam prezidentlik səlahiyyətləri verə bilər. O, buraya parlamentin çağırılması, Kabinetin iclaslarının çağırılması, baş nazir, nazirlər şurası və bəzi ali məhkəmə hakimlərinin təyinatı kimi səlahiyyətlər daxil ola bilər.
Cənab Ərdoğanın əsas rəqibi Ekmələddin İhsanoğlu isə prezidentin ənənəvi rolunu icra edəcəyinə söz verib. Üçüncü namizəd Kürd Xalq Demokratik Partiyası tərəfdarı Səlahəddin Dəmirdaşdır.