Avqustun 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib. Görüşlərdə o cümlədən Dağlıq Qarabağ nizamlanması müzakirə olunub.