"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir". Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev bildirib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya bizim beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".