"Rusiya və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir". Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Vladimir Putin deyib: "Münasibətlərimiz inkişaf edir, həm də yüksələn xətt üzrə inkişaf edir. Bizim səviyyədə, hökumətlər səviyyəsində mütəmadi əlaqə saxlayırıq, iqtisadi və humanitar əlaqələr inkişaf edir".
Rusiya Prezidenti vurğulayıb ki, bu, ikitərəfli təmaslarda daim möhkəmlənən etimad elementidir.