Rusiya prezidenti Putin şənbə günü – avqustun 9-da Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. «Rita-Sita» agentliyinin məlumatına görə, bunu avqustun 8-də Rusiya prezidentinin mətbuat xidməti bildirib.
Mətbuat xidməti bildirir ki, "İlham Əliyevlə söhbətdə Azərbaycan-Rusiya əməkdaşlığının ən vacib məsələləri müzakirə olunacaq, qarşılıqlı faydalı layihələrin, ilk növbədə energetika, investisiya və regionlararası əməkdaşlıq sahəsində layihələrinin irəli aparılmasında birgə addımlar əlaqələndiriləcək”.