Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının prezidenti Vladimir Putinə bir daha müraciət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ailələr prezidentlərin Soçi görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması və Həsən Həsənovun meyitinin qaytarılması məsələsinin həll olunmasını xahiş ediblər.