Ukraynanın ən iri "Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Rusiya üzərindən Bakı, İrəvan və Tiflisə tranzit marşrutunu dəyişməyi qərara alıb. APA-nın "UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, rəsmi Moskva ötən gün Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini qadağan edib.