çərşənbə axşamı günü, 30 iyun 2026
     

Azərbaycan Prezidenti ön cəbhədə döyüşən əsgərlərlə bir sırada...

Image


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonuna səfər edib. APA-nın Qarabağ müxbiri xəbər verir ki, dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə gəlib, yerli sakinlərlə görüşüb. Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb.
Hərbçilər qarşısında çıxış edən Prezident ermənilərin son günlər həyata keçirdiyi intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.
Dövlət başçısı səfər çərçivəsində İmamqulubəyli kəndində Ağdam, Xocalı və Şuşadan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında da iştirak edib.
Ali Baş Komandan İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı "N" saylı hərbi hissədə də olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlət başçısına məlumat verib.
Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında da iştirak edib. Prezidentə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.
Qəsəbəyə Ağdam rayonunun "Dörd yol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb.
Daha sonra Prezident qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub.
Sonda dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İ.Əliyev görüşdə çıxış edib.
Prezident İlham Əliyev avqustun 6-da Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə də tanış olub. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq.
Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görüləcək.
Parkın uzunluğu 36, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb.
Yeni tikiləcək mədəniyyət sarayına da 3 istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır.
Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.
Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.
Prezident İ.Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

30.06.2026 / 11:51
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

30.06.2026 / 11:48
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 11:38
Putinin vətəndaşlıq rüsumunu 12 dəfə artırmasının hədəfləri arasında biz də varıq...

30.06.2026 / 11:32
"Azərbaycan 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib" - Nazir müavini

30.06.2026 / 11:30
Rusiyada yanacağın daha da bahalaşacağı anons edildi – "artıq limitsiz və ucuz benzin gözləməyin”...

30.06.2026 / 11:22
"Prezident İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki..." - ABŞ konqresmeni

30.06.2026 / 11:10
"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq" - Emin Əmrullayev

30.06.2026 / 10:52
İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlandı

30.06.2026 / 10:24
Azərbaycanda heyvanlar da birjada satılacaq...

30.06.2026 / 10:18
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir...

30.06.2026 / 10:03
Monakoda ukraynalı oliqarxa sui-qəsd cəhdi - 2-si ağır, 3 yaralı var...

30.06.2026 / 09:50
Azərbaycan nefti bahalaşdı...

30.06.2026 / 09:27
Ermənistandakı Rusiya bazası bağlanır? - Rusiya XİN-dən açıqlama...

30.06.2026 / 09:26
Sinan Oğan suala sualla cavab verdi - gündəm oldu

30.06.2026 / 09:12
Rusiyada yanacaq böhranı dərinləşir - Moskvada satış məhdudiyyətləri sərtləşdirildi...

30.06.2026 / 08:50
İraqda korrupsiya əməliyyatı - nazir müavininin 14 milyonuna əl qoyuldu...

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniyada silahlı insident - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

29.06.2026 / 16:54
İran Qətərlə razılaşdı – dondurulmuş 12 milyardın yarısı ölkəyə qaytarılır...

29.06.2026 / 16:47
Kılıçdaroğlu Kadir İnanırın dəfn törənində fitə basıldı

29.06.2026 / 16:31
Şahin Mustafayev: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir

29.06.2026 / 16:27
Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

29.06.2026 / 16:20
Keçmiş İsrail naziri maraqlı detallara toxundu…

29.06.2026 / 16:08
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd etdi

29.06.2026 / 15:45
Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

29.06.2026 / 15:32
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Nazirdən qərar...

29.06.2026 / 15:08
Hunday və KİA-nın mühərrikləri "ən etibarsızlar" kimi tanındı...

29.06.2026 / 15:04
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

29.06.2026 / 15:02
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

29.06.2026 / 14:58
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

29.06.2026 / 14:43
Zelenski Rusiyaya qarşı 40 günlük "təsir əməliyyatına" başladı...

29.06.2026 / 14:35
"Demokratiya TV"nin rəhbəri həbs edildi

29.06.2026 / 14:26
Putin Lukaşenkonu Ukrayna ilə müharibəyə təhrik edir...

29.06.2026 / 14:10
Ermənistan Rusiyaya qarşı "NATO-nun hücum qoçu"na çevrilir...

29.06.2026 / 14:02
Ərdoğan Trampın qəribə açıqlamasını cavabsız buraxdı - niyə?

29.06.2026 / 13:45
İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

29.06.2026 / 13:41
Belarus Rusiya-Ukrayna savaşına qoşulur…

29.06.2026 / 13:35
Türkiyə İsrailin "erməni soyqırımı" iddiasını "öz cinayətlərini ört-basdır cəhdi" adlandırdı...

29.06.2026 / 12:53
Sükan arxasında telefondan istifadə edən 11 mindən çox sürücü cərimələnib...

29.06.2026 / 12:36
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı oldu - YENİLƏNDİ

29.06.2026 / 12:20
Narkotik təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi

29.06.2026 / 11:57
Rusiyada çevriliş cəhdi... Putinə meydan oxuyan əsgər saxlandı – “ordu silahını Kremlə doğru çevirəcək”...

29.06.2026 / 11:35
Saatlıda narkotik əməliyyatı - saxlanılalar var

29.06.2026 / 11:19
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək

29.06.2026 / 11:12
Buğdanın tədarük qiyməti ilə bağlı hökümətdən QƏRAR

29.06.2026 / 10:57
İran Körfəz öıkələrinə yeni təhlükəsizlik sxemi təklif edəcək...

29.06.2026 / 10:56
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar və psixoz uşaqların sayını artırır”

29.06.2026 / 10:55
Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

29.06.2026 / 10:51
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur" - Prezident

29.06.2026 / 10:48
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanladı

29.06.2026 / 10:37
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO

29.06.2026 / 10:20
Zelenski "Avropa ordeni" təsis etdi - bu adda orden Avropanın özündə də yoxdur…

29.06.2026 / 10:11
XİN İsraili “erməni soyqırımı” qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026 / 10:05
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir

29.06.2026 / 09:20
ABŞ - İran danışıqları sabah Qətərdə yenidən başlanacaq

28.06.2026 / 23:16
Avropada istilərdən ölənlərin sayı 1300-ü keçdi – ÜST-dən "səssiz qatil" xəbərdarlığı...

28.06.2026 / 22:59
Ukrayna Rusiyanın neft sənayesini çökdürdü - Putin rəsmən etiraf etdi...

28.06.2026 / 22:47
Fransada temperatur tarixi rekord həddində - Ölüm statistikası dəhşət saçır…

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ