Azərbaycan Ordusunun ermənilərin nəzarəti altında olan Qazağın Lələkəndi kəndini azad etməsi barədə ictimaiyyət arasında məlumatlar yayılıb. Anspress-in məlumatına görə, hazırda adı dəyişdirilən Lələkənd Azərbaycanın işğal altında olan Barhudarlı anklavının girişində yerləşir. Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Arif Heydərov anspress-ə açıqlamasında bu xəbərin yalan olduğunu söyləyib: "Lələkəndin azad edilməsi yalan məlumatdır. Belə məlumatların heç bir əsası yoxdur".
A. Heydərov rayonun kəndlərinin ermənilər tərəfindən atəşə tutulması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Əvvəllər atışma olurdu. Bu gün də atışma qeydə alınmayıb".