"Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar hazırda hospitalda olan yaralıların həyatına təhlükə yoxdur”. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov deyib.