Bazar günü günü, 08 noyabr 2026
     

Leyla Yunusun həbsi QHT sektorunda geniş reaksiyalar doğurdu

Image


"Hesab edirəm ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir. Günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz". Bunu APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
E. Behbudov bildirib ki, hazırda istintaq getdiyi üçün konkret fikir söyləmək çətindir: "Hesab edirəm ki, insan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev da APA-ya bildirib ki, Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir: "Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracaq və düzgün qiymət verəcək. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq. Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid də edə bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbrli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə APA-ya Leyla Yunusun həbsinin gözlənilən olduğunu deyib: "Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi. Bilirsiniz ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib. Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlandı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı. Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu isə APA-ya bildirib ki, vətəndaş cəmiyyəti təmsilçisi kimi azadlığın məhdudlaşdırılmasının tərəfdarı deyil: "Amma bu gün Leyla Yunusa və həyat yoldaşına qarşı kifayət qədər ciddi ittihamlar var. Bu məsələlərə aydınlıq gətirilməlidir. Bu cür məsələlərə tolerant yanaşmaq lazımdır. Ajiotaj yaratmaya ehtiyac yoxdur. Əminəm ki hər hansı ciddi faktlar olmasa, bu həbslər baş verməzdi. Mən vətəninin bir hissəsi işğal olunmuş şəxs kimi deyə bilərəm ki, dövlətə xəyanətlə barışmaq olmaz. Həmin məsələ araşdırılmalı, günahkar varsa, layiqli cəzasını almalıdır".
İyulun 30-da Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun həbs edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. L. Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 213-cü (vergidən yayınma) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Milli QHT Forumu (MQF) Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, MQF-nin bəyanatında qeyd olunub ki, bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən minlərlə QHT azad şəkildə fəaliyyət göstərir: "Təəssüflər olsun ki, Azərbaycanın dünyada yüksələn beynəlxalq imicindən narahatlıq keçirən qüvvələrin alətinə çevrilənlər arasında ictimai sektorun nümayəndələri də var. İllərdir saxta siyahılar tərtib edərək beynəlxalq ictimaiyyətə hətta konkret terror aksiyalarında iştirakı faktlarla sübut olunmuş şəxsləri də "siyasi məhbus" kimi təqdim etməkdən çəkinməyən Leyla Yunusun hərəkətləri hər zaman Azərbaycanın çoxsaylı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən birmənalı şəkildə pislənib. Daim Azərbaycanın milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa çalışan qüvvələrin sırasında yer alan "hüquq müdafiəçisi" tərəfkeşliyi, qanunlara sayğısızlığı və qeyri-şəffaf fəaliyyəti ilə seçilib".
Bəyanatda vurğulanıb ki, Qarabağda qətlə yetirilən, ev-eşiyindən didərgin salınan yüz minlərlə azərbaycanlının hüquqlarının müdafiəsi üçün indiyədək etiraz bildirməyən bəzi xarici QHT-lərin tələsik bəyanatlar verərək Leyla Yunusun müdafiəsinə qalxması ölkənin ictimai təşkilatlarının ən böyük koalisiyası olaraq MQF-də suallar doğurur.
Bəyanatda xatırladılıb ki, son aylar ərzində hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, Leyla və Arif Yunusovlar çağırışdan müxtəlif bəhanələrlə yayınıblar: "Azərbaycanda az qala hər kəsi qanunları pozmaqda günahlandıran Leyla Yunus nədənsə hamının qanun qarşısında bərabər olması prinsipini unudur. MQF olaraq Leyla Yunus haqqında qaldırılan cinayət işinin istintaqını ciddi müşahidə etdiyimizi bildirərək, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu prosesi tamamilə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparacağına və həqiqəti tamlıqla ortaya çıxaracağına əminliyimizi bildiririk".

Xəbər xidməti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ