Bazar günü günü, 08 noyabr 2026
     

"İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur"

Image


- Şeyx həzrətləri, Azərbaycanda hazırda mövcud dini durumu necə qiymətləndirirsiniz?
- Bismillahir-rəhmanir-rəhim! İlk növbədə, mübarək günlərini yaşadığımız Ramazan ayında hər birinizi səmimi qəlbdən salamlayır, qarşıdan gələn Eydül-Fitr bayramı münasibətilə xalqımıza təbriklərimi, xeyir-dualarımı çatdırıram. Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm. Qoy mübarək Ramazan bayramı hər birinizin ocağına rifah və əminamanlıq bəxş etsin, inşallah!
Əlhəmdüllillah, Azərbaycanda dini durum ümumən sabitdir. Dini icmalar öz fəaliyyətlərini davam etdirir, dövlətin yardım və qayğısı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını həyata keçirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar.
Naşükürlük etmək Allaha xoş getməz, bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyilsə, bunun günahı onların üzərinə düşər. Dindarlarımız dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Dövlət rəhbərimizin dünya miqyasında İslamın təəssübünü çəkməsini, müqəddəs dinimizə olan hücumları, islamofobiya təzahürlərini ən mötəbər kürsülərdən tənqid etməsini, bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayır. Azərbaycanda bölgənin ən böyük məscidinin tikintisi başa çatmaq üzrədir. Və bu möhtəşəm və nəfis tərtibatlı məscid ölkə prezidentinin bilavasitə diqqət və qayğısı sayəsində ərsəyə gəlir. Dövlət başçımızın builki Ramazanın iftar süfrəsində doğru olaraq vurğuladığı kimi, Azərbaycan cəmiyyəti görür ki, baxmayaraq Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir. Çünki amalımız Azərbaycanın daha güclü olmasıdır.
- Son günlər Azərbaycanda dini məzhəblərarası münasibətlərin kəskinləşməsi gündəmdə çox müzakirə olunur. Buna səbəb kimi nəyi görürsünüz və tövsiyələriniz nədir?
- Bizim məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki, əlhəmdülillah, biz dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah. Allaha şükürlər olsun ki, Azərbaycan, həqiqətən, bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları, habelə müxtəlif məzhəblər arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu nümunədir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq. Azərbaycanın sabitlik və istiqrarda yaşaması, müstəqil siyasət yeritmək qüdrəti bəzi qüvvələri - bədxahlarımızı ciddi narahat edir. Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bəli, bu cür meyllər yox deyil. Açığı, bizdə də məzhəblər arasında nifaq salmaq, dinlər arasında iğtişaş yaratmaq istəyirlər. Lakin mən həmişə demişəm, Azərbaycan vətəndaşları öz Vətəninə, torpağına, dədə-baba adətinə sadiqdir və heç bir qüvvə onları bu yoldan döndərə, başqa yollara apara bilməz. Çünki bu dövlətin, din-dövlət əlaqələrinin bünövrəsini ulu öndər Heydər Əliyev həzrətləri qoyub. İqtisadi qüdrəti və mənəvi gücü, vətəndaş həmrəyliyi və vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiram nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək, inşallah.
- İŞİD-in Yaxın Şərqdə elədikləri barədə xəbərləri oxuyuruq. Bu təşkilata Azərbaycanda da qoşulanların olması ilə bağlı məlumatlar var. Bu barədə nə düşünürsünüz?
- Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı dünya ictimaiyyətinə müraciəti oldu. Bu müraciətdə mən din xadimi olaraq bu məsələlərə münasibətimi bildirməklə yanaşı, Ramazan ayı ərzində, bu aya xatir günahsız insanların ölümünə səbəb olan qanlı hadisələrin dayandırılmasının vacibliyini xüsusi vurğuladım. Bütün ixtilafların Yaradanımızın buyurduqlarına uyğun tərzdə həllini tapmalı olduğuna diqqəti çəkdim. Necə ki, müqəddəs ayeyi-şərifdə buyurulur: "(Ya Muhəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et..." ("ən-Nəhl", 125).
Bilirsiniz, tarix boyunca bütün dinlərin daxilində müəyyən fikir ayrılıqları, ixtilaf və parçalanmalar olub. Bu fikir ayrılıqları şəri məsələlərə dair elmi mübahisələrə əsaslanmalıdır. Təhlükə isə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui-istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır. Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir. Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur. Bir cərəyan ruhani həyat axtarışına deyil, müəyyən ambisiyaların gerçəkləşdirilməsinə xidmət edirsə, bu yolda insan qanının axıdılmasına bəraət verib, terrora haqq qazandırırsa, mütləq Allah və cəmiyyət qarşısında cavab verəcək. Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları diqqətli olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa çağırır.
- Azərbaycana dini müstəvidə kənardan müdaxilələrin olması ilə bağlı fikirlər var. Bunu Siz də bir neçə dəfə səsləndiribsiniz. Bu ünvanı dəqiq göstərə bilərsiniz?
- Bu gün Azərbaycan 20 il əvvəlki məkan deyil, insanlar da dəyişib, təkmilləşib, maariflənib, dövlətimiz də güclənib. Dini maarifləndirmə işlərinin də səviyyəsi yüksəlib. Şükürlər olsun, Vətənimiz Azərbaycanda İslam adından sui-istifadə edərək öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyənlərin, ənənəvi mili-dini dəyərləri sıxışdıraraq, yad və dağıdıcı ideyaları təlqin edən qüvvələrin təsirindən qurtulmaq yönündə xeyli iş görülüb və nailiyyətlər var. Təbii ki, bu, elə də asan və qısa müddətə başa gələn bir məsələ deyil. Və bu gün də bu təhlükə tam sovuşmadığından səylər davam etdirilməlidir.
- Siz dindarları Ramazan ayında QMİ-nin tərtib etdiyi cədvələ uyğun olaraq iftarlarını açmağı tövsiyə etmisiniz. Lakin elə paytaxtın müxtəlif məscidlərində QMİ-nin bu təqviminə əməl edilmir, iftar azanları bir-birindən bəzən 15-20 dəqiqə fərq olmaqla səslənir. Həmin məscidlərin axund və imamları da QMİ-nin tövsiyəsi ilə təyin edilir. Sizin tabeliyinizdəki şəxslər Sizin təlimatınıza əməl etmir. Bunu necə qiymətləndirirsiniz?
- Ümumən, azanla bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi bundan ibarətdir ki, ölkəmizdə azan eyni vaxtda səsləndirilməlidir. Hər iki məzhəbdən olan din xadimlərimizlə uzun illər ərzində apardığımız məşvərətdən sonra belə bir mövqedə bir araya gəlmişik ki, hər iki tərəf ehtiyat üçün qoyulan dəqiqələrdən güzəştə gedərək, ortaq məxrəcə gələk. Azərbaycanda müxtəlif zamanlarda azanın verilməsi bizi narahat edir. Bu, azanın fəlsəfəsinə də ziddir. Çünki azan müsəlmanları Allaha ibadət üçün bir araya gətirən məqamdır, burada pərakəndəliyin mövcudluğu lazım deyil. Bu, xalq, millət olaraq vəhdətimizə xələl gətirməməlidir. Ramazan bayramının hansı günə düşməsi ilə bağlı da bəzən problemlər ortaya çıxırdı. Hansı ki, bu, fikir ayrılığı ilə deyil, müsəlmanların istinad etdiyi Ay təqviminin özəlliyindən irəli gələn məsələdir. Belə ki, müsəlman ayları yeni Ayın doğuşu ilə əlaqədardır. Ayın görünməsi isə onun doğuluş anı ilə eyni məqamda olmur. Ramazana gəlincə, İslam Peyğəmbəri Mühəmməd Salavatullah hədisi-şərifində buyurur ki, Ramazan Ayını gözlə gördün, orucu tutmağa başla, yeni Ayı, yəni Şəvval ayının Ayını gördün, Bayram et. Hər ölkənin yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq Ayın görünməsi zamanları da fərqli olur. Beləliklə, astronomik, coğrafi məsələ kimi gündəmə gələn bu məsələni məzhəb fərqi ilə əlaqələndirməyə ehtiyac yoxdur. Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanası ilə əməkdaşlıqda Ramazan təqvimini hazırlayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uyğun göstəricilər əksini tapır. Həmin təqvimə əməl olunması Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan fətvasının verilməsinə həsr olunmuş toplantılarında qazılar, axundlar, imamlara, İdarəmizin bölgələr üzrə səlahiyyətli nümayəndələrinə təqdim olunur və ona riayət olunması məsuliyyəti üzərlərinə qoyulur. Haradasa ətalət və ya etinasızlıq səbəbindən həmin təqvimdə göstərilənlərə əməl olunmursa, bu məqamlar İdarənin nəzarət-təftiş şöbəsi tərəfindən araşdırılır, müvafiq tədbir görülür.
Bayramlara gəlincə, Qafqaz Müsəlmanları İdarəsinin təklif və tövsiyəsi ilə Azərbaycan hökuməti həm Qurban, həm də Ramazan bayramlarının 2 gün qeyd olunması barədə qərar qəbul edib. Buna görə dindarlarımız dövlətimizə minnətdardır.
- Ramazan ayı ilə bağlı müsəlmanlara bir dini lider və dini alim olaraq tövsiyəniz...
- Bu əziz günlərdə dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın inşallah, bütün ülvi arzu və niyyətləti gerçək olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! Amin! Biz Uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Din xadimi olaraq deyə bilərəm ki, ümumiyyətlə, hər il olduğu kimi, rəhbərlik etdiyim dini mərkəzin - Qafqaz Müsəlmanları İdarəsinin istər beynəlxalq əlaqələr müstəvisində, istərsə də maarifləndirmə, din xadimlərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti bu il də zəngin və çoxşaxəli olub. İnşallah, qarşıdakı zaman üçün də xeyli gözəl təşəbbüs və xoş niyyətlərimiz var. Allah qismət eləsin, dini-mənəvi həyatımızın daha da inkişaf etdirilməsi yönündə işlərimizə rəvac versin. Qoy Uca Allah Azərbaycanımızda hər zaman əmin-amanlıq və tərəqqi bərqərar etsin, bu yolda gərgin fəaliyyət göstərən dövlət başçımıza hər zaman uğur bəxş etsin.
Sizin Agentliyiniz vasitəsilə, bütün Azərbaycan xalqına öz xeyir-dualarımı yetirir, qarşıdan gələn müqəddəs bayram ərəfəsində ən xoşa arzu və diləklərimi bildirirəm. Sizin vasitənizlə bütün Azərbaycan jurnalistlərini bu həftə qeyd etdiyiniz peşə bayramınız - Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Qələm müqəddəsdir, onun müqəddəsliyini heç zaman unutmayın!
Uca Allah Oz Mərhəmətini üzərimizdə qərar versin, Ramazanın təlqin etdiyi kimi, mənəvi birlik və iman kamilliyimizə rəvac versin! Amin!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ