ABŞ Suriyadan tam çəkildikdən sonra Vaşinqtonun bölgədə müttəfiq kimi gördüyü PKK/PYD silahlılarını Fransa qoruyacaq. Baki-xeber.com xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre açıqlama verib.
BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı toplantısında çıxışı zamanı İŞİD-in ortadan qaldırılmasının Fransa üçün prioritet olduğunu deyən Delattre, bütün dünyanın diqqətinin Suriyanın şimal-şərqinə yönəldiyini bildirib.
ABŞ-ın Suriyadan çəkilməsi qərarına toxunan səfir bundan sonra PKK/PYD silahlılarını Fransanın qoruyacağını bəyan edib: “Fransa, yaxın həftələrdə, “Demokratik Suriya Qüvvələri” (əsas bazasını PKK/PYD təşkil edir) də daxil olmaqla Birləşmiş Ştatların bütün müttəfiqlərinin təhlükəsizliyini təmin etməklə yaxından maraqlanacaq”.