Dekabrın 20-də illik mətbuat konfransı keçirən Rusiya Prezidenti Vladimir Putin Ukrayna gəmilərinə Rusiyanın nəzarətində olan Krım yaxınlığında atəş açılması, ukraynalı dənizçilərin saxlanması insidentinə də münasibət bildirib.
Putinin sözlərinə görə, Moskvada saxlanmış 24 ukraynalı dənizçinin taleyi barədə cinayət işi tamamlanandan sonra qərar veriləcək. Putin ən azından məhkəmə keçirilənədək onların buraxılmayacağını, Ukraynaya qaytarılmayacağını, yaxud dəyişdirilməyəcəyini deyib.
Kiyev Moskva ilə münasibətlərə görə Rusiyanı ittiham edir. Putin isə prezident Petro Poroşenko hökumətini 2019-cu ilin 21 mart seçkisi öncəsi tənqid edib. “Rusofoblar, öz xalqının maraqlarını anlamayanlar Kiyevdə hakimiyyət dəhlizlərində qaldıqca, Kremldə hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu anormal durum davam edəcək” - o deyib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan həmin münaqişədə 10 min 300-dən çox ölən olub.