Daha çox yəhudilərə qarşı mənfi münasibəti ilə tanınan ingilis musiqiçi Roger Vades bu dəfə də daha bir qalmaqala səbəb olan addım atıb.
Əfsanəvi "Pink Floyd" qrupunun üzvü olan ingilis musiqiçi Berlində keçirilən konsert proqramında Hitler Almaniyasının hərbi uniformasını geyinərək səhnəyə çıxıb. Onun bu tərz geyimdə səhnəyə çıxması ciddi etirazlara səbəb olub. İnsan hüquq təşkilatları və yəhudi diasporu ingilis aktyoru faşizmi təbliğ etməkdə ittiham edirlər.
Artıq hüquq mühafizə orqanları da məsələyə müdaxilə ediblər. İngilis mətbuatı yazır ki, artıq tanınmış musiqiçiyə qarşı rəsmi ittiham irəli sürülüb. Mətləb