
Türkiyəli pop müğənnisi Hadisə xəstəxanaya yerləşdirilib.
Türkiyənin “Milliyet.com.tr” saytı yazır ki, son günlər davamlı konsert proqramları ilə tam bir gərgin rejimdə çalışan gənc müğənni ciddi yorğunluk şikayəti ilə həkimlərə müraciət edib. Türkiyəli müğənni Kipr Türk Respublikasında səfərdə olarkən belə durumla üzləşib. 37 yaşlı müğənni qəflətən özünü pis hiss etdiyini, dərhal həkimlərin müdaxilə etdiyini deyib. Həkim müdaxiləsindən sonar hazırda sağlamlıqında hər şeyin qaydasında olduğunu deyib.
Bakıdakı son konserti zamanı Mehmet Dinçlerler ilə sevgisinə son qoyduğunu élan edən Hadisə, “Mən eşqi ailəyə çevirə bilmədim. Bacara bilənlərə eşq olsun. Mən sonsuz eşqə inanıram”-deyib.
ZÜMRÜD