Türkiyənin musiqisinin böyük əfsanəsi İbrahim Tatlısəsin başı yenə məhkəmə qalmaqalındadır. Amma bu dəfə əvvəlkilərdən fərqli durumdur.
Çünki əvvəllər İ.Tatlısəs gözəl qadınlarla bağlı qalmaqal yaşayırdısa, indi öz doğma nəvəsinə görə məhkəmə qapısına təşrif buyurub. İ.Tatlısəs evini zəbt etdiyi iddiası ilə oğlu Əhməd Tatlısəsin oğlu Mərd Tatlısəsi məhkəməyə verib. Artıq 5 ildir ona məxsus dəbdəbəli evi zəbt etdiyi üçün doğma nəvəsinə qarşı iddia qaldıran İ.Tatlısəs, vəkilləri vasitəsi ilə oğluna və nəvəsinə sərt xəbərdarlıq edib. İ.Tatlısəs iddia edir ki, onun icazəsi olmadan oğlu və nəvəsi onun evinə yerləşiblər.
Mətləb