10/06/2023 22:58
728 x 90

Qara dənizdə gərgin anlar - Ukrayna “Türk axını” və “Mavi axın”ı qoruyan rus hərbi gəmisinə hücum etdi... - VİDEO

img

Rusiya Qara dəniz üzərindən Türkiyəyə nəql edilməsi planlaşdırılan təbii qaz boru xətti layihəsi olan "Türk axını" və "Mavi Axın"ı qoruyan rus döyüş gəmisinə hücum edildiyini açıqlayıb. Moskva hücumu Ukraynanın etdiyini bildirib. 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Qara dəniz Donanmasının “İvan Hurs” gəmisinə üç pilotsuz qayıqla hücum edilib. Hücumdan qısa müddət sonra pilotsuz dəniz vasitələri vurularaq sıradan çıxarılıb. Hücum İstanbul Boğazdan 140 kilometr aralıda baş verib.

Nazirliyin sözçüsü Konaşenkov bildirib ki, ötən ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2”də baş verən terror aktından sonra Rusiya ordusu belə yerləri qorumaq üçün tədbirləri artırıb.

TAHİR

Peşə etikası

Son xəbərlər