Yunanıstanda keçirilən prezident seçkilərində heç bir partiya tam şəkildə qalib olmadığından ilk üç yeri tutan partiyalara hökümət qurmaq təklifi edilib.
Seçkilərdə üçüncü yeri tutan Sosialist Hərəkatının lideri Nikos Androulakis də hökümət qurmaq üçün təklif alıb. Amma o ölkə Prezidenti Katerina Sakelaropulu ilə görüşdə bu təklifi geri çevirib. Koalisiyon hökümət qurmalı olan Sosialist Hərəkatının lideri ideoloji prinsip və fikir ayrılıqlarına görə hazırkı Baş nazir Kriakos Miçotakisin başçılıq etdiyi Yeni Demokratik Partiyası və keçmiş Baş nazir Aleksis Çıprasın lideri olduğu radikal Sol Koalisiyon İttifaqı ilə birgə hökümət yaratmağın mümkünsüz olduğunu açıqlayıb. Çox güman ki, Yunanıstanda iyunun 25-də yenidən seçkilərin ikinci turu keçiriləcək.
Mətləb Salahov