Onlayn ticarət nəhəngi olan “Amazon”un qurucusu olan 59 yaşlı amerikalı milyarder Jeff Bezos, şəxsi həyatında yenilik etməyə hazırlaşır.
Məslə burasındadır ki, 59 yaşlı milyarder 2019-cu ildən bir yerdə olduğu 53 yaşlı teleaparıcı Lauren Sançez ilə evlənməyə hazırlaşır. Milliyet.com.tr nəşri yazır ki, J. Bezos yarım milyard dollarlıq yaxtasında L.Sançezə evlilik təklif edib. J.Bezos “Forbes” jurnalı tərəfindən 2023-cü il üçün 114 milyard dollarlıq sərvəti ilə dünyanın üçüncü sərvət sahibi olaraq göstərilib.
ZÜMRÜD