Rusiyada cəsusluq ittihamı ilə həbs edilən ABŞ vətəndaşı olan jurnalist Evan Gerskoviç daha 3 ay həbsdə yatacaq. Bununla bağlı məhkəmə qərar verib.
Mart ayının 30-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Yekaterinburq şəhərində həbs olunan “The Wall Street Journal” nəşrinin əməkdaşı, Moskvadakı Lefortova həbsxanasında məhkəmə qarşısına çıxıb. Hakim məhkəmə prosesində ABŞ səfirliyinin əməkdaşlarının iştirakına icazə verməyib. Məhkəmə jurnalistin avqustun 30-dək həbsdə qalmasına qərar verib.
Mətləb Salahov