Polşada Ukraynalı pilotlara F-16 qırıcı təyyarələrinin idarə olunmasını öyrədən təlimlər başlayıb. Rusiyanı qəzəbləndirəcək bu təlimlər artıq başlayıb.
Avropa İttifaqı səviyyəsində dəstəklənən bu proses barədə qurumun xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel geniş açıqlama verib. Onun sözlərinə görə, ukraynalı pilotların F-16 qırıcı təyyarələrini idarəetməyi öyrənməsi üçün müəyyən zamana ehtiyac var. Təlimlər nə qədər tez tamamlansa, təyyarə tədarükünün qapısı da bir o qədər tez açılar.
“Avropa İttifaqında müzakirələr hər zaman hədəfinə çatır. Əvvəllər tankların tədarükünə skeptik yanaşırdıq, lakin buna qərar verdik, sonra təyyarələrlə bağlı da eyni hal müşahidə edildi. Zaman keçdikcə Kiyevə silah tədarükü ilə bağlı bütün problemləri həll edəcəyik”, - deyə Jozep Borrel əlavə edib.
MƏTLƏB