“TikTok” sosial şəbəkəsi ABŞ-da eyni adlı tətbiqi ilk dəfə tam qadağan edən Montana ştatının administrasiyasını məhkəməyə verib. Bu barədə ABC telekanalı məlumat yayıb.
Xəbərdə deyilir ki, sosial şəbəkənin iddiasına görə, qadağa ABŞ konstitusiyasının söz azadlığını təmin edən birinci düzəlişinə ziddir. “Biz biznesimizi və yüz minlərlə istifadəçinin hüququnu qorumaq umun Montana ştatında “TikTok” şəbəkəsinin konstitusiyaya zidd qadağasını mübahisələndirəcəyik”, - deyə məhkəmə sənədində bildirilir.
Ştatın yerli qanunverici orqanının aprel ayında müəyyənləşdirdiyi yeni qaydaya əsasən, ştat ərazisində “TikTok” tətbiqini telefona yükləmək qadağan edilib. Beləliklə, online-mağazalarında tətbiqə girişi bağlamayacağı təqdirdə “Apple” və “Google” kompaniyaları cərimə olunacaq. Qadağa yanvarın 1-də qüvvəyə minəcək. Mətləb Salahov