Türkiyədə keçirilən prezident seçkilərində ATA blokunun namizədi olan Sinan Oğan hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəndən sonra ikinci turda keçiriləcək seçkilərdə AK Partiya liderini dəstəkləyəcəyini elan edib.
Onun bu qərarı Türkiyədə olduğu kimi bir sıra xarici KİV-lərdə də geniş rezonans doğurub. Bir sıra qərb nəşrləri S.Oğanın bu qərarının ikinci turda R.T.Ərdoğanın xeyrinə seçici rəyi formalaşdırdığını, azı 2 milyondan çox seçici səsinin də hazırkı iqtidar sahibinin hesabına yazılacağını iddia edirlər. Frans-Press, AFR, ABŞ-ın CNN kanalı bu məsələyə geniş yer ayırıb. CNN kanalı S.Oğanın bu qərarının ikinci turda hazırkı hakimiyyətin imkanlarını genişləndirdiyi fikrindədir. Aparıcı dünya KİV-ləri bütün bunlarla yanaşı ikinci turda seçkilərin daha gərgin olacağını və müxalifətin iqtidar qədər seçkilərə ehtiyatla hazırlaşdığını önə sürür.
Mətləb Salahov