Türkiyənin BMT yanında daimi nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi Türk evinin binası hücuma məruz qalıb. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Belə ki, ötən gecə naməlum şəxs dəmir lomla binanın birinci mərtəbəsində pəncərə şüşələrini sındırıb.
Ondan çox pəncərə şüşəsinin sındığı binanın fotosunu nümayiş etdirən TGRT telekanalı hücumun “terrorçuların tərəfdarları” tərəfindən həyata keçirildiyini bildirib. Türkiyə tərəfi Nyu-York polisi ilə əlaqə saxlayıb. Binanın ətrafında təhlükəsizlik kordonu qurulub, araşdırmalara başlanılıb.
MƏTLƏB