Qanlı toqquşmalarla çırpışan Sudan deyəsən azı 1 həftəlik sülh şəraitində yaşamaq şansı qazanıb.
Belə ki, Ciddə şəhərində ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda münaqişə tərəfləri arasında bir həftəlik atəşkəs rejimi barədə razılaşma əldə olunub.
Atəşkəs rejimi bu gün axşam yerli vaxtla saat 20:45-də qüvvəyə minməlidir. Buna qədər tərəflər arasında əldə edilmiş bütün atəşkəs razılaşmaları pozulub. İndi isə atəşkəs ABŞ, Səudiyyə Ərəbistanı və beynəlxalq ictimaiyyət tərəfindən monitorinq ediləcək.
Mətləb